Yay tətili öncəsi uçuş böhranı
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
15:13 | 7 oktyabr 2017 | Şənbə
Məqaləyə 2924 dəfə baxılıb
Şriftin ölçüsü
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Fransa müsəlmanları prezident Emmanuel Makronun təşəbbüsü ilə parlamentdə qəbul edilən qanundan hiddətləniblər. Fransa parlamenti böyük səs çoxluğu ilə milli təhlükəsizlik haqda yeni qanunu qəbul edib.
Müsəlman icmasının etiraz etdiyi bu qanun «dövlətin terrorçuluqla mübarizədə səlahiyyətlərini genişləndirir».
Qanunu tənqid edənlər isə bildirir ki, bu, insan haqları və azadlıqlarını ciddi şəkildə məhdudlaşdırır.
Prezident Makron hesab edir ki, bu qanun Fransada islamçıların törətdiyi terror aktlarının qarşısının alınmasında mühüm addımdır.
Belə hücumlar 2015-ci ildən bəri Fransada 239 adamın həyatına son qoyub.
Elə ötən həftənin sonu bir terrorçu bıçaqla Marsel dəmiryol stansiyasında 2 qadını qətlə yetirib.
İslam dövləti terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bazar ertəsi isə Parisdə 5 nəfər bomba düzəltməyə cəhd ittihamı ilə saxlanıb.
2015-ci ilin noyabrında Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra Fransada fövqəladə vəziyyət elan edilib və indiyəcən davam edir.
Bu «müvəqqəti rejim» zamanı hüquq-mühafizə orqanlarına səlahiyyət verilib ki, əgər kimdənsə şübhələnirlərsə, onu məhkəmə qərarı olmadan saxlasınlar.
Yeni qanundan sonra, müvəqqəti olaraq tətbiq edilmiş bu qaydaların bəziləri daimi olacaq.
Yeni qanuna görə, Fransa polisi məhkəmənin qərarını gözləmədən şübhəlilərin evlərində axtarış apara, onların hərəkətini məhdudlaşdıra, hətta ev dustağı edə bilər.
Yerli hakimiyyətlərə imkan veriləcək ki, zorakılığa çağırışların səsləndiyi, zorakı ideyaların, yazıların yayıldığı, müzakirə edildiyi ibadət yerlərini bağlaya bilsinlər.
Qanunun tənqidçiləri bütün bunları «daimi fövqəladə vəziyyət» adlandırırlar.
İnsan haqları fəalları Makronun təşəbbüsü ilə qəbul edilən bu qanunu tənqid atəşinə tutublar.
BMT-nin iki rəsmisi isə Fransa rəhbərliyinə «təməl azadlıqlara çoxsaylı məhdudiyyətlər qoyan» qanunu sərt ifadələrlə tənqid edən məktub yollayıblar.