Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:41 | 12 oktyabr 2017 | Cümə axşamı
Məqaləyə 3067 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Yəqin bilirsiniz, Türkiyə Rusiyadan «S-400» zenit-raket kompleksi alır.
Türkiyə bu kompleksin elektron kodlarını istəyirdi ki, sistemi milliləşdirsin və silahı özü müstəqil idarə etsin. Lakin Rusiya razı olmadı. Yəni Türkiyənin hava hücumundan müdafiəsi üçün alınan sistemi Türkiyə özü yox, Rusiya idarə edəcək. Texniki xidməti rus mütəxəssislər həyata keçirəcək.
Sistemə «dost-düşmən» (svoy-çujoy) proqramını da Rusiya daxil edəcək. Hərbi ekspert deyiləm, amma belə başa düşürəm ki, bu proqramın sayəsində sistem Rusiya silahlarına qarşı işləməyəcək. Yəni tutaq ki, sabah Rusiya ilə Türkiyə arasında konflikt olsa, «S-400» Türkiyəyə yönəlmiş Rusiya raketlərini və təyyarələrini görməyəcək. Eləcə də, məsələn, Ermənistan Türkiyəyə «İsgəndər» atsa, «S-400» reaksiya verməyəcək. Yaxud, Ermənistan (Suriya da ola bilər) Rusiya istehsalı olan aviasiyası ilə Türkiyəyə hücum etsə, «S-400» yenə kar, kor və lal olacaq.
Deyə bilərsiniz ki, Ermənistan heç vaxt Türkiyəyə hücum etməz, yaxud Rusiya ilə Türkiyə arasında silahlı münaqişə ola bilməz. Amma ciddi dövlətlər heç vaxt öz müdafiə - təhlükəsizlik planlaşdırmasını bu cür bəsit düşüncələr əsasında etmir. Ciddi dövlətlər bütün potensial təhdid mənbələrini nəzərə alaraq öz müdafiə siyasətini qurur.
Bu şərtlərdə Türkiyə (Ərdoğan) C-400-ü niyə alır, anlaya bilmədim. Ağlıma bircə o fikir gəlir ki, bu sistem türk ordusundan və qonşuluqdakı NATO üzvlərindən (Yunanıstan, Bolqarıstan) müdafiə olunmaq məqsədilə alınır. «Türk ordusundan niyə?» sualınızı duymuş kimi oldum. 15 iyul 2016-nı yada salın...