Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
17:55 | 25 mart 2022 | Cümə
Məqaləyə 915 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Nə vaxtsa yazdım: bir var siyasi oyunçular, bir var siyasi oyunbazlar, bir də var, siyasi oyuncaqlar. ...Elə alınmışdı, bundan əvvəl də onun haqqında yazanda Taleyrandan sitat gətirmişdim.
Şarl Morris De Taleyran Periqor. Diplomatiyanın prinsipsizi, prinsipsizliyin diplomatı. Tək Fransanın deyil, Avropanın ən məşhur siyasi şarlatanı.
Həmin o Taleyran öləndə hamı təəccüblənmişdi: “Görəsən, bu, onun nəyinə lazımdır?!”
Vladimir Jirinovski “növbəti dəfə” öləndə də bu sualı bir az başqa formada vermişdim: “Görəsən, bu, Jirinovskinin sahibinə niyə lazım olub?!”
Yox, Taleyranla Jirinovskini eyniləşdirmirəm. Birincisi siyasətin bici idi, ikincisi bicin siyasəti. Biri hiyləgər siyasi oyunçu idisə, o birisi, sadəcə, siyasi oyunbazın “hiyləgər” siyasi oyuncağı. İndiki hadisələrin məntiqində Jirinovskiyə yer yox idi kimi görünür. Onun dili ilə sovurulan təhdidlər bu gün Avropanın tən ortasında əməldə icra olunur. Jirinovskinin dediklərini və deyəcəklərini onun sahibi artıqlaması ilə özü deyir, özü də edir. Jirinovski sahibinə Qərblə “mehriban düşmənçilik” və ya “səksəkəli dostluq” zamanında lazım idi. İndi hər şey dəyişib; Jirinovski də özüdür, hamısı özüdür. Özü demək istəmədiklərini Vladimir Volfoviçin ağzı ilə deyirdi. İndi buna ehtiyac qalmayıb. Jirinovski niqab idi, indi buna gərək qalmayıb. Ukraynaya hücumla Jirinovskinin “ölüm”ünün eyni vaxta düşməsini belə yozmaq olar. Siyasətdə təsadüf olmur, “zəruri təsadüf” olur. Ya da “təsadüfi zərurət”. Jirinovskinin ölümü (əgər, doğrudan da, ölübsə) bu kateqoriyalara uyğun gələ bilər. Tarixdə belə şeylər olur. Məsələn, bu problemin ədəbi həllini Mirzə Fətəli “Aldanmış kəvakib”də verib: Yusif Sərrac. Elə Putinin özü. Bəlkə yatsa yuxusuna da girməzdi ki, o boz-bulanıq, tipsiz, heç nə ifadə etməyən halı ilə nə vaxtsa Rusiya kimi gücün sahibi olacaq. Ancaq “təsadüfi zərurət” və ya ən yaxşı halda “zəruri təsadüf” nəticəsində gəlib taxta oturdu. Bu faciəli misal belə boz obrazlara taxt-tac verməyin necə dəhşətli yanlışlıq olduğunu bir daha göstərdi.
Yazının əvvəlində Taleyrandan misal çəkmişdim. O klassik makiavellistin bir konstatasiyası çox doğruymuş: “Xalqlar bilsələr ki, onlara necə kiçik adamlar hökmranlıq edir, dəhşətə gələrlər”. Ancaq rus xalqı hələ də bunu bilmir və hələ də dəhşətə gəlmir. Əksinə vəhşətə çəpik çalır. Nə zamansa belə bir böyük xalq onu belə bir kiçik adamın uçuruma sürüklədiyini anlayacaq. Onda öz yanlışından çox, bu yanlışın nəticəsindən dəhşətə gələcək. Çünki zirvədəki xalqlara uçurumun dibindən baxmalı olacaq. Əslində hazırda qanadlanıb uçur və bu uçuşdan ekstaza gəlib. Qayanın başından uçurumun dibinə doğru uçduğunun fərqində deyil.
Jirinovski öldü, ya ölmədi - elə bir fərq etmir. O, sadəcə, neoimperialist təfəkkürlü diktatorun rəzil ruporu idi. Zelenski deyir ha, rus xalqı azadlığın nə olduğunu bilmir. Jirinovski də (elə onun yiyələri də) şərəfli yaşamağın və şərəflə ölməyin nə demək olduğunu bilmir. Onlara necə yaşamaq bir yana, necə ölmək də maraqlı olmayıb. Necə öldürmək?! Bax, onlara maraqlı olan budur, vəssalam!