
Putinin az da olsa ağlı varsa...
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Stalin-Hiter sazişi kimi düşmüş anlaşmadan 86 il ötür
Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Tarixi faktlar və ideoloji əsaslar
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
43 nəfər azərbaycanlı İkinci Dünya müharibəsi illərində Qırmızı Ordu sıralarında Sovet İttifaqı Qəhrəmanı adı alıb. Onlardan biri – 35-ci qvardiya tank briqadasının komandiri, general-mayor Həzi Aslanov iki dəfə (ikinci dəfə ölümündən 45 il sonra).
Bu müharibədə bizə qarşı haqsızlıq çox idi. Bütün ordularda, bütün cəbhələrdə, istisna olmadan (tam mənada) təltif olunma, medal, orden və s. kimi şeylər daima fərdin birbaşa komandanı ilə şəxsi münasibətindən və həmin komandanın da daha yuxarıdakı komandanlıqla şəxsi münasibətdən asılı olub. İstisna yoxdur, çünki çox subyektiv məsələdir.
Lakin o müharibədə yuxarıda gürcünün də daydayı vardı (daydayları), erməninin də. Bizim yuxarılarda adamımız yox idi. Xüsusən da hərbidə.
42 Azərbaycandan və 1 nəfər də Borçalıdan. Cəmi 43 Sovet İttifaqı Qəhrəmanımız vardı.
Şəxsən araşdırdığım haqsızlığın iki misalını göstərcəm.
Kiçik leytenant Kamal Məkili tank-əleyhinə tüfəng bölüyünün komandiri idi. Söhbət “dayan doldurum” tipli nəhəng tüfənglərdən gedir. 5 iyul 1943-cü il səhəri, Kursk döyüşünün ilk günündə həmyerlimiz Kamal belə tüfənglə 5 alman tankını məhv edir. Bu sizə “Spike” və ya “Javelin” deyil ki, 5 km-dən tankı vurasan. Bu ona bənzəyir ki, balta ilə “Tiqr” tankını məhv edirsən. Sizcə qəhrəman soydaşımızı necə təltif etdilər? Həmin müharibədə hamıya, hətta aşpazlara belə verilən “Орден Отечественной войны второй степени” ordeni ilə.
Kamal Məkilinin aqibəti çox qürurverici və faciəvi oldu. Berlinə kimi getdi. Diviziya komandirinin kəşfiyyat üzrə köməkçisi oldu, sinəsi 1945-ci ilin mayında medallarla dolu idi. 7 may 1945-ci il tarixində Potsdam yaxınlığında həlak oldu, müharibənin son günlərində, saatlarında.
Digər bir misal. Bəxtiyar Су-76 özü yeriyən artilleriya qurğusunun komandiri olub. 1945-ci ilin mayında Berlində küçə döyüşləri zamanı hərbçimiz almanların iki ağır tankı məhv edir və arxa küçədən manevr edərkən, gəlir küçələrin birində düşmən barrikadasına dirənir. Avtomat və qumbaralarla silahlanan ekipaj maşını tərk edək döyüşə girir. Bəxtiyar şəxsən 20 almanı öldürüb, 40 nəfəri əsir götürür. Briqada komandiri təqdimat yazır “Представить к званию Героя Советского Союза с вручением ему Ордена Ленина и Золотой Звезды Героя”. Korpus komandiri üstündən xətt çəkir qalın qırmızı karandaşla və yazır “Орден Боевого Красного Знамени”. İmza: Amazasp Babacanyan...
Krım tatarı, əfsanəvi pilot Əhmədxan Sultan iki dəfə Sovet İttifaqı Qəhrəmanı olub. Amma ailəsini bütün Krım tatarları ilə birlikdə sürgün etdilər. Belə qəhrəmanlığa daha nə deyəsən...