
30 kq narkotiklə yaxalandı
DTX və DSX birgə əməliyyat keçirib
DTX və DSX birgə əməliyyat keçirib
... Texniki sübut, yoxsa siyasi şübhə?
“Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub”
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
İran Azərbaycana qarşı iş aparır
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
Yoxlamalar, yasaq, nəzarət ...
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
DTX istintaq aparır, həbslər var
Qondarma ittihamla həbs edə bilərlər ...
İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb
DTX İran şəbəkəsinin üzvləri ilə məlumatları “Meta” və “Telegram”dan tələb edə bilər
DTX rəsmi açıqlama yaydı
Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex) növbəti hesabatını açıqlayıb. Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı bu Milli İndeks hər il yenilənir.
Əvvəlki illərlə müqayisədə bu il Azərbaycanın vəziyyəti pisliyə doğru dəyişib.
Belə ki, ölkəmiz 37.66 bal toplayaraq 85-ci pillədə qərarlaşıb.
Reytinqi formalaşdırmaq üçün adı çəkilən qurum 150 ölkədə kibertəhlükəsizliklə bağlı aşağıdakı istiqamətlər üzrə araşdırmalar aparıblar :
– Kibertəhlükəszilik sahəsində qanunvericilik;
– Kiberinsidentlər;
– Kiber sahədə təhsil;
– Xidmətlərin dayanıqlığı;
– İdentifikasiya;
– Fərdi məlumatların qorunması;
– Kiber hücumlara və təhdidlərə qarşı mübarizə;
– Kibercinayətkarlığa qarşı mübarizə və s.
Adı çəkilən qurumun açıqladığı reytinqdə ilk yerləri Yunanıstan, Litva, Belçika, Çexiya, Estoniya qazanıb.
Ukrayna 24-cü, Rusiya 28-ci, Türkiyə 57-ci, Belarus 61-ci, Gürcüstan 62-ci, Qazaxıstan 70-ci və Ermənistan 90-cı yerlərdə qərarlaşıblar.
Yeri gəlmişkən, qurumun hazırladığı hesabatdan görünür ki , Azərbaycanda rəqəmsal inkişaf səviyyəsi kibertəhlükəsizlik mühitini xeyli qabaqlayır.
Xatırladıram ki, digər oxşar bir qlobal reytinqdə, BMT-nin ötən il açıqladığı reytinqdə Azərbaycanın kibertəhlükəsizlik vəziyyəti yaxşılığa doğru dəyişmişdi, 190 ölkə arasında 40-cı yeri qazanmışdı.
BMT hələlik cari il üçün kibertəhlükəsizlik reytinqini açıqlamayıb.
Kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərə ölkəmizdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Daxili İşlər Nazirliyi cavabdehdir.
Sektorda Prezident fərmanı əsasında formalaşdırılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası da fəaliyyət göstərir.
Komissiyaya, hələlik Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis vəzifəsini icra edən general Mürsəl Vəliyev rəhbərlik edir.
Xatırladıram ki, Prezidentin müvafiq fərmanı ilə 4 il bundan öncə hazırlanmalı olan “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya” da indiyədək qəbul edilməyib.