
61 illik qadın etirazı
Cənubi Koreyada Çoi Mal-ja bəraət aldı
Cənubi Koreyada Çoi Mal-ja bəraət aldı
Tramp dünyanın o başından da torpaq istəyir
Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
Şimali Koreyalı keçmiş əsgərin son arzusu
Yaponiya və Cənubi Koreyada nüvə silahı müzakirələri; Trampın siyasətləri müttəfiqlərində narahatlıq doğurur
Günlərinin yarısını su altında keçirən “Haenyeo”lar
Şimali Koreyadan illər sonra ilk sülh addımı
Cənubi Koreya artan miqrant axınına qarşı inteqrasiya sürətləndirilir
Daha bir Şimali Koreyalı cənuba keçdi
ÜDM göstəriciləri gözləntiləri üstələdi
Cənubi Koreya rəsmiləri bu həftə danışıqlar üçün Vaşinqtona gedir
“Netflix” fenomenindəki qorxunc maskaların arxasında gizlənən simvollar və mümkün mənalar
“ABŞ-da istehsal edilərsə, heç bir tarif tətbiq edilməyəcək”
Naməlum şimali koreyalı saxlanılıb
Cənubi Koreya ilə Polşanı meqa tank müqaviləsi imzaladı
Şimala dəniz yolu ilə düyü və İncil göndərmək istəyiblər
Təmiz enerji əldə etmək üçün nüvə sintezi texnologiyası üzərində işlərini davam etdirən Cənubi Koreya alimləri yeni dünya rekorduna imza atıblar. Koreya Fusion Enerji İnstitutundan (KFE) bir qrup tədqiqatçı “süni günəş” adlanan KSTAR (Korean Superconducting Tokamak Advanced Research) nüvə reaktorunu 48 saniyə ərzində Günəşin nüvəsindən dəfələrlə isti – 100 milyon dərəcə selsi temperaturunda işlətməyə müvəffəq olub.
Komanda bununla 2021-ci ildəki 30 saniyəlik dünya rekordlarını geridə qoyub. KSTAR-ın direktoru Si-Vu Yun belə yüksək temperaturu uzun müddət saxlamağın asan olmadığını, ona görə də 48 saniyəlik rekordun böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Yun vurğulayıb ki, onların əsas məqsədi 2026-cı ilə qədər KSTAR reaktorunu eyni temperaturda 300 saniyə işlətməkdir.
Elm adamları hələ sınaq mərhələsində olan KSTAR reaktoru ilə Günəşdə baş verən birləşmə reaksiyalarını təqlid edərək, qeyri-məhdud və təmiz enerji istehsal etməyi hədəfləyirlər.