İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
13:11 | 23 avqust 2024 | Cümə
Məqaləyə 553 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
“HƏMAS” terror təşkilatının keçmiş lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq xarici ölkələrdəki israilliləri hədəf alacağı iddia edilir. İsrail mediası “Kanal 12”yə danışan və kimliklərinin gizli saxlanılmasını tələb edən Fələstin rəsmiləri “HƏMAS”ın bu əməliyyatla bağlı qərarı iyulun 31-də Tehranda Haniyənin öldürülməsindən iki gün sonra verdiyini iddia edirlər.
Mənbələr bildirir ki, terror təşkilatı strategiyada belə bir dəyişiklik edib, çünki onun Qəzza zolağından İsrailə birbaşa hücum etmək imkanları azalıb.
İddia olunur ki, HƏMAS-ın İsrail vətəndaşlarını, yoxsa rəsmiləri hədəf alacağı dəqiq deyil.
“HƏMAS”ın Siyasi Bürosunun keçmiş rəhbəri Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getdiyi zaman qaldığı iqamətgahda öldürülüb.
HƏMAS və İran hadisəyə görə İsraili məsul tutdu və sui-qəsdin ölkə xaricindən raket hücumu ilə həyata keçirildiyini iddia etdi.
Təl-Əviv administrasiyası hücumu nə təsdiq, nə də təkzib edib. İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari isə ordunun Haniyənin öldürüldüyü gün bölgəyə hava hücumu təşkil etmədiyini iddia edib.
Digər tərəfdən ABŞ-ın “New York Times” (NYT) qəzetinin xəbərində sui-qəsdin Haniyənin qaldığı otaqlara yerləşdirilən partlayıcılarla həyata keçirildiyi iddia edilib. Lakin “HƏMAS”ın İrandakı nümayəndəsi Xalid əl-Qəddumi bu iddiaları rədd edərək terror təşkilatı liderinin raket və ya güllə ilə öldürüldüyünü iddia edib.
Bundan əlavə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) sui-qəsdlə bağlı hazırladığı araşdırma hesabatında əməliyyatın İsrail tərəfindən hazırlanıb həyata keçirildiyini və ABŞ-ın buna dəstək verdiyini iddia edib. Xəbərdə sui-qəsdin təxminən 7 kiloqramlıq döyüş başlığı daşıyan qısa mənzilli raketlə həyata keçirildiyi iddia edilib. Vaşinqton isə sui-qəsddə əli olması ilə bağlı iddiaları təkzib edib.
Digər tərəfdən, HƏMAS bazar günü Təl-Əvivin mərkəzində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Təşkilat terrorçunun öldüyü və bir nəfərin yaralandığı hadisəni Fələstin İslami Cihad Təşkilatı ilə birgə təşkil etdiklərini iddia edib.