vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
KİNO-TEATR  
“Ən ideal aktrisa sən olacaqsan” 17:46 | 18 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 301 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ən ideal aktrisa sən olacaqsan”

Atası və həyat yoldaşına görə karyerasına son qoyan Sərvərin Gülnazı

Zaur ƏLİYEV, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın ilk rəngli bədii filmi olan “O olmasın, bu olsun” Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Lakin çox təəssüf ki, rejissor Üzeyir bəyin adını titrlərə salmayıb. Film o dövr üçün o qədər populyar idi ki, keçmiş sovetlər birliyindən çox-çox uzaqlarda belə sevilib.

Üzeyir bəy öz əsərinin çox hissəsini real hadisələrdən və Şərqin adətlərdindən götürüb. Məsəl üçün Məşədi İbad adaxlıbazlığa gedir, hasar hündür olduğundan ayağının altına hambal çağırır, bir abbasıya. Biz o səhnəyə gülürük, Üzeyir bəyin sarkazmı sayırıq, ancaq sən demə o dövrlərdə Şərqdə bu adi hal imiş. uzun illər Türkiyə, Misir və başqa şərq ölkələrdə hər kəs belə edirmiş.

Yaxud Məşədi İbadın Gülnazla görüşdən qabaq Papağı başına necə qoymaqla bağlı səhnə var. Çoxları bunu ssenaristin və rejissorun fantaziyası sayır. Əslində bu real həyatda baş vermiş bir hadisədən götürülüb və Üzeyir bəy də bunu görüb öz əsərinə salıb. Üzeyir bəy Bakı toylarının birində Lotu Cabbar kimi tanınan Məşədi Cabbar Vahabovun səhnələşdiriyi obrazdan götürüb.

Məsəl üçün Sərvər Lütfəli bəy Behbudov, Gülnaz Sona xanım Tağıyeva, Məşədi İbad Tağıyev, Rüstəm bəy  məşhur general-leytenant Balakişi bəy Ərəblinski,  Qoçu Əsgər Qoçu Nəcəfqulu və sairələr realdan götürülən obrazlar idi.

Gülnaz xanım obrazı üçün rejissor Hüseyn Seyidzadə aktrisa axtarışında idi. Məktəblərə, universitetlərə, teatrlara gedən filmin heyəti istədikləri aktrisanı Bakı şəhəri 190 saylı orta məktəbdə tapırlar. 8-ci sinif otağına daxil olanda rejissor əlini bir şagirdə uzadıb deyir:

– Bax bu odur.

– Hansı?

– İkinci sırada oturan qız adın nədir?

– Tamara Gözəlova

– Neçə yaşın var?

– 14

– Bax bizim rolda oynamaq üçün ən ideal aktrisa sən olacaqsan.

Evə gəlib bu xəbəri verəndə ailədə bir qalmaqal başlanır.  Bakının Maştağa kəndindən olan ata  qızının “aktrisa olmasının” qəti əleyhinə idi. Lakin filmin rejissoru Hüseyn Seyidzadə təslim olmaq fikrində deyildi – o, partiya komitəsinə şikayət edir və Tamaranın atası “söhbətə” çağırılır. Orda onu danlayırlar, xəbərdarlıq edirlər. Atası evə gəlir və qızına deyir ki, “Mən “razı olduğumu dedim”, amma sən denən özün istəmirsən. Orda elə demişəm”

Qız atasının sözünü yerə salmır, lakin rejissor onun yaxın qohumlarının yanına xahişə gedir.

Bütün nəsil ona söz deyə bilməyəcklərini deyirlər. Hər şeyin bitdiyini hiss edən Hüseyn Seyidzadə qızın böyük əmisinin yanına gedir. Möcüzə baş verir və əmisi qardaşını razı salmağa söz verir və dediyini eləyir.

Filmdə Gülnaz obrazının aktrisası Tamara Gözəlova olur. Lakin uzun müddət atası öz qızı ilə danışmır və onunla küsülü qalır.

Daha sonra Tamara Gözəlova 1956-cı ildə “Bakı danışır, göstərir” deyən televiziyasının ilk qadın aparıcısı olur. Lakin Atasının onunla küsülü qalmasına dözə bilməyərk  kino və televizyanı birdəfəlik tərk edərək Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olur.

Bir dəfə ondan soruşanda da ki, niyə karyeranı birdən-birə dayandırdın. Qısa cavab verir:

– Qohumlarım da peşəmdən razı qalmadılar – əvvəl atam, sonra ərim...

Tamara Gözəlova 2020-ci il mayın 8-də xərçəng xəstəliyindən vəfat edib. Əhmədli kənd qəbiristanlığındə dəfn edilib.