
Palmira bazası Türk ordusuna verilib
Suriyada Türkiyənin ən azı 2 hərbi kontingenti olacaq
Suriyada Türkiyənin ən azı 2 hərbi kontingenti olacaq
Əsəd rejimi tərəfindən axtarılanlar bununla fəxr edirlər
ABŞ qüvvələrinin ölkədən çıxmağına az qalmış Bağdadın təhlükəsizlik narahatlıqları artıb
Ottava Dəməşqə səfir göndərəcək
Ankara üçün yaxın perspektivdə əhəmiyyətli gedişatlar olduğu kimi, risklər də var
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Barışığa təzə inanıb özlərini cilovlamışdılar, yeni üsyan çıxdı
Baas rejiminin tör-töküntülərinə qarşı əməliyyat – ən azı 11 ölü
Böyük Britaniyanın Suriya qərarı ...
Rusiya Suriyada hərbi və iqtisadi təsirini artırmağa çalışır
“İran İraq və Suriyada yüksək bədəl ödədi”
20 nəfərin qalıqları tapılıb
ABŞ ordusu Suriya Hürrəsəddin qruplaşmasının liderini məhv etdiyini açıqladı
“Səhv addımlar atılarsa, geri qaytara bilərik”
PKK-nın Türkiyə qanadı Suriya hökumətinin tələblərini qəbul edib
Rejim xadimlərinin aktivlərinin dondurulması davam edəcək
Suriyadan yenidən gərgin və dramatik xəbərlər gəlir. Keçmiş diktator Bəşər Əsədin tərəfdarları ölkədə öz mövcudluğunu hiss etdirməyə başlayıblar. İlk olaraq Latakiya vilayətinin Cəbələ rayonunda Əsəd tərəfdarları yeni Suriya hökumətinin təhlükəsizlik xidmətinə hücum edib.
Bu toqquşmalarda çoxsayda ölən və yaralanan var. Ardınca ictimai binaların dağıdıldığı barədə məlumatlar yayıldı və görünür, bu, tək bir insident deyil.
Artıq “Suriya Azadlıq Hərbi Şurası” adlanan yeni bir strukturun yarandığı bildirilib. Bu təşkilat “Suriyanı işğalçılardan və terrorçu qüvvələrdən azad etmək”, “HTŞ rejimini devirmək”, “vahid suveren dövlət qurmaq” və “qaçqınları geri qaytarmaq” niyyətində olduğunu elan edib.
Bu hadisələrə cavab olaraq, yeni Suriya hakimiyyəti sahilyanı bölgələrə Hələb, İdlib, Hama və Hümsdan hərbi qüvvələr göndərir. Hüms şəhərində isə komendant saatı elan olunub. Təhlükəsizlik qüvvələri artıq Əsəd tərəfdarlarına çatdırılması nəzərdə tutulan silah dolu bir yük maşını ələ keçirib.
Əsəd tərəfdarlarının hələ də müqavimət göstərmək cəhdləri gözlənilən idi. Onun sosial dayaqları təkcə ələvi icması ilə məhdudlaşmır. Suriya erməniləri də müharibənin əvvəlindən bəri Əsəd rejiminin əsas müttəfiqlərindən biri olub. Keçmiş rejimin təhlükəsizlik strukturlarının qalıqlarını da nəzərdən qaçırmaq olmaz.
Bu hadisələr İraq ssenarisini xatırladır. Səddam Hüseynin süqutundan sonra orada da əvvəl sakitlik hökm sürsə də, sonradan “İraq müqaviməti” adı altında yeni bir silahlı dalğa ortaya çıxmışdı. Onun əsasını isə Hüseyn rejiminin keçmiş təhlükəsizlik qüvvələri, xüsusilə Respublika Qvardiyası təşkil edirdi. O dövrdə Moskvada da açıq şəkildə deyilməsə də, keçmiş İraq ordusunun zabitlərinin, SSRİ-də təhsil almış hərbçilərin bu müqavimətin içində olduğu barədə ehtimallar irəli sürülürdü.
Suriyada isə dini mənzərə fərqlidir. Səddam Hüseynin hakimiyyəti əsasən sünnilərə əsaslanırdı, amma Əsəd ələvi icmasından çıxış edir. Bununla belə, onun tərəfdarlarının yenidən silahlanaraq Suriyada fəallaşmasının arxasında xarici qüvvələrin durduğu ehtimalı istisna deyil. Əsas şübhələr İranın üzərinə düşür. Çünki İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) uzun illər Əsəd rejiminin əsas dayaqlarından biri olub və Suriyanı öz hərbi və siyasi təsir zonası kimi görüb. Üstəlik, bu hadisələr İranda mühafizəkarların prezident Məsud Pezeşkianın tərəfdarlarını sıxışdırdığı bir dövrdə baş verir. Vitse-prezident Cavad Zərifin vəzifədən uzaqlaşdırılması bu tendensiyanın açıq bir göstəricisidir. Bu baxımdan, İranın yenidən Suriyadakı mövqelərini gücləndirmək istəməsi tamamilə məntiqli görünür.
Digər tərəfdən, Rusiyanın da bu hadisələrdə müəyyən maraqları ola bilər. Qiyamlar məhz Suriyadakı Rusiya hərbi bazalarının – “Xmeymim” aviabazasının və Hümsdəki donanma bazasının yaxınlığında baş verib. Moskvanın yeni Suriya hakimiyyəti ilə bazaların gələcəyi barədə danışıqlar apardığı bilinir. Lakin Rusiya Hələbi bombardman etməsi ilə tanınır və bu səbəbdən yeni Suriya rəhbərliyi ilə razılığa gəlməyin çətin olduğu ehtimal edilir.
Bundan başqa, hadisələrin geosiyasi konteksti də maraq doğurur. Əsəd rejiminin süqutu və "Həyat Təhrir əş Şam" (HTŞ) hökumətinin hakimiyyətə gəlməsi Qərbdə Türkiyənin mühüm siyasi uğuru kimi qiymətləndirildi. İndi isə Əsəd tərəfdarlarının fəallaşması məhz Türkiyənin Ukrayna məsələsində aktiv rol oynamağa başladığı dövrə təsadüf edir. Ankara açıq şəkildə bildirir ki, Türkiyə Avropanın yeni təhlükəsizlik arxitekturasında əsas oyunçulardan biri olmalıdır. Birləşmiş Ştatların Avropanı əvvəlki kimi qorumaq istəmədiyi bir şəraitdə NATO-nun ikinci ən güclü ordusuna malik Türkiyənin rolu xüsusi önəm qazanır. Bu isə Rusiyanı ciddi şəkildə narahat edə bilər və Moskva Suriyanı Ankaraya qarşı potensial təzyiq vasitəsi kimi nəzərdən keçirə bilər.
Hərçənd, Ukrayna müharibəsinin dayandırılması, Rusiyaya qarşı sanksiyaların ləğvi və ya onun G8-ə qaytarılması hələ baş verməyib, amma artıq yaranan yeni vəziyyət Moskvaya müəyyən dərəcədə optimizm verir. Kreml yenidən geosiyasi planlarını işə salmağa çalışır və bu prosesdə Türkiyəni tarixi rəqib kimi nəzərdən keçirməsi mümkündür.
Ancaq bu mübarizənin ən ağır yükü yenə də Suriya xalqının çiyinlərinə düşəcək. On illərlə davam edən müharibədən sonra ölkədə sabitlik bərpa olunacağına dair ümidlər bir daha təhlükə altındadır.