Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
15:51 | 26 mart 2025 | Çərşənbə
Məqaləyə 145 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
1999-cu il Yeni il gecəsini heç vaxt unutmayacağam. BBC-nin Moskva bürosunda prodüser işləyirdim. Birdən xəbər gəldi ki, Rusiya prezidenti Boris Yeltsin istefa verdi.
Qərar hər kəsi təəccübləndirdi.
Xəbər yayılan zaman ofisdə heç bir müxbir yox idi. Beləliklə, ilk BBC-də ilk reportajımı aldım və ilk yayımımı etdim.
“Boris Yeltsin həmişə deyirdi ki, səlahiyyət müddətini başa vuracaq”, – yazdım.
Bu gün o, ruslara fikrini dəyişdiyini bildirdi”.
Bu xəbər reportyorluq karyeramın başlanğıcı oldu.
Həm də Vladimir Putinin Rusiya lideri olması.
Yeltsinin istefasından sonra Rusiya konstitusiyasına uyğun olaraq Rusiyada prezident səlahiyyətlərini baş nazir, yəni Vladimir Putin icra etməyə başladı.
Üç ay sonra, 2000-ci il martın 26-da prezident seçkilərində qalib gəldi.
Kremldən çıxarkən Yeltsinin Putinə son göstərişi “Rusiyanın qayğısına qal!” idi.
Rusiya Ukraynada müharibənin 3-cü ildönümünə yaxınlaşdıqca Yeltsinin bu sözləri daha tez-tez yadıma düşür. Çünki Putinin Ukraynaya müdaxiləsinin dağıdıcı nəticələri oldu.
İlk növbədə, Ukrayna böyük dağıntılar və insan itkiləri ilə üzləşdi. Ərazisinin demək olar ki, 20 faizi işğal olunub, 10 milyon vətəndaşı öz yurd-yuvasından didərgin düşüb.
Rusiya isə Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırılan əməliyyata başlamaq qərarına gəlməsindən sonra cəbhədə böyük itkilər verib.
Rusiyanın qəsəbə və şəhərləri mütəmadi olaraq PUA-ların hücumlarına məruz qalır.
Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətinin bir hissəsini ələ keçirib.
Beynəlxalq sanksiyalar Rusiya iqtisadiyyatını dünyadan təcrid edib, üstəlik, daxili təzyiqi artırıb.
Mən Putinin dörddə bir əsr əvvəl hakimiyyətə gəlişindən bəri onu işıqlandırıram.
1999-cu il dekabrın 31-də kimin ağlına gələrdi ki, Rusiyanın yeni lideri 25 ildən sonra da hakimiyyətdə olacaq?
Yoxsa, Rusiya Ukraynaya müharibə elan edib Qərblə üz-üzə gələcək?
Mən tez-tez düşünürəm ki, Yeltsin öz varisi kimi digərini seçsəydi, tarix başqa cür baş verərdimi?
Təbii ki, bu akademik sualdır. Tarix əgər, lakin və bəlkələrlə doludur.
Əminliklə deyə biləcəyim yeganə şey odur ki, 25 il ərzində fərqli Putinlər görmüşəm.
Bunu deyən tək mən deyiləm.
NATO-nun keçmiş baş katibi Lord Robertson 2023-cü ildə mənə dedi: “Mənim görüşdüyüm Putin yaxşı iş görə biləcəyiniz biri idi. 2002-ci ilin mayında o, yanımda, düz yanımda dayandı və dedi ki, Ukrayna öz təhlükəsizlik qərarlarını verə bilən suveren və müstəqil milli dövlətdir. İndi burada bir adam var ki, Ukrayna milli dövlət deyil deyir”.
“Hesab edirəm ki, Vladimir Putin tənqidin öhdəsindən gələ bilməyən biridir və onun ölkəsi üçün böyük ambisiyaları var. Sovet İttifaqı dünyanın ikinci fövqəldövləti hesab olunurdu. Rusiya belə bir iddiadan uzaqdır. Məncə, bu vəziyyət Putinin eqosunu yeyib”, – Robertson deyirdi.
Bu, Putində gördüyümüz dəyişikliklərin mümkün izahı ola bilər.
Onun Rusiyanı yenidən gücləndirmək və Moskvanın soyuq müharibədəki məğlubiyyətini kompensasiya etmək istəyi Rusiyanı qonşuları və Qərblə qaçılmaz toqquşma kursuna çıxarıb.
Kremlin fərqli izahı var.
Çıxışlarına və şərhlərinə əsasən, Putinin əsas hərəkətverici qüvvəsi bir növ narazılıqdır.
Rusiyanın illərdir aldadıldığı, hörmətsizlik edildiyi və onun təhlükəsizlik problemlərinin Qərb tərəfindən görməzdən gəldiyi o hissdir.
Yəni, Putin Yeltsinin “Rusiyanın qayğısına qal” əmrini yerinə yetirdimi?
Bu yaxınlarda bu haqda öyrənmək imkanım oldu. İlin sonunda keçirilən uzun mətbuat konfransından dörd saat keçmişdi.
Putin mənə sual vermək üçün şans verdi.
“Boris Yeltsin sizdən Rusiyaya yaxşı qayğı göstərməyi xahiş etdi”, – deyə prezidentə xatırlatdım.
“Amma “xüsusi hərbi əməliyyat” adlanan əməliyyatınızda, Ukrayna qoşunlarının Kursk bölgəsində, sanksiyalarda, yüksək inflyasiyada əhəmiyyətli itkilərinizlə, sizcə, ölkənizə yaxşı baxırsınızmı”, – sualını verdim.
Putin “Bəli” dedi.
“Və mən ona sadəcə yaxşı baxmadım. Onu uçuruma yuvarlanmaqdan xilas etdim.”
Həmin gün Putin Yeltsinin Rusiyasını “suverenliyini itirən ölkə” kimi xarakterizə etmişdi.
O, Qərbi Yeltsinin çiyninə havadarlıqla vurmaqda və Rusiyadan öz məqsədləri üçün istifadə etməkdə ittiham edib. Lakin o, “Rusiyanın müstəqil və suveren dövlət olaraq qalması üçün əlindən gələni etdiyini” vurğulayıb.
Özünü Rusiyanın suverenliyinin müdafiəçisi kimi təqdim edərək, “Bu, Ukraynadakı müharibəni legitimləşdirmək üçün bir mövqedirmi? Yoxsa Putin doğrudanmı müasir Rusiya tarixinin özünü belə formalaşdırdığına inanır”, – dedi.
Mən hələ də əmin deyiləm. Amma məncə bu vacib sualdır.
Bu sualın cavabı müharibənin necə bitəcəyinə və Rusiyanın gələcək istiqamətinə təsir edə bilər.