Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:29 | 24 iyul 2025 | Cümə axşamı
Məqaləyə 483 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
AB ilə danışıqlarda irəliləyişlər müşahidə olunsa da, Avropa İttifaqının 100 milyard avro dəyərində ABŞ məhsuluna 30 faizlik tarif tətbiq edəcəyi barədə xəbərlər Vaşinqtonda ciddi narahatlıq doğurmayıb. ABŞ Maliyyə naziri Skott Bessent bu addımı “müzakirə taktikası” kimi qiymətləndirib. Onun sözlərinə görə, “əgər eyni vəziyyətdə olsaydıq, biz də eynisini edərdik”.
Bessent deyib ki, Avropa ilə danışıqlarda müsbət dinamika hiss olunur, lakin 27 üzvü olan blokun ortaq mövqe formalaşdırması prosesləri ləngidir. Buna qarşılıq, Yaponiyanı nümunə göstərən Bessent bildirib ki, Tokio bir struktur kimi hərəkət edə bilir və ABŞ ilə ticarət münasibətlərində daha ardıcıl addımlar atır. Onun qeyd etdiyi kimi, Yaponiyanı 1990-cı ildən bəri 52 dəfə ziyarət edib və ölkə ilə əməkdaşlığın səmərəliliyinə şəxsən şahid olub.
Japoniyaya qarşı avtomobil tariflərini 25 faizdən 15 faizə endirən razılaşma, həmçinin ABŞ-də həyata keçiriləcək layihələrə 550 milyard dollarlıq investisiya və maliyyə mexanizmlərini də ehtiva edir. Bessent bu paketi Vaşinqton üçün mühüm strateji əməkdaşlıq modeli adlandırıb və bildirib ki, Tokio artıq ABŞ tərəfdaşlığına konkret maliyyə alətləri ilə qoşulur – bu, kredit zəmanətləri və birbaşa investisiyalar da daxil olmaqla bir sıra imkanları əhatə edir.
Digər tərəfdən, Çinlə yeni ticarət mərhələsinə start verilir. Bessent bildirib ki, 28 iyulda Stokholmda keçiriləcək ABŞ–Çin görüşü, indiyədək aparılmış danışıqlardan daha mühüm və strateji olacaq. Burada Pekinin Rusiya və İrandan sanksiyalara baxmayaraq neft alması, eləcə də bir sıra təhlükəsizlik məsələləri müzakirəyə çıxarılacaq. Hazırda qüvvədə olan tarif “atəşkəsi”nin 12 avqustda başa çatacağı gözlənilir, lakin Bessent bu müddətin 90 gün uzadıla biləcəyini və tərəflər arasında gərginliyin azalmaqda olduğunu qeyd edib.