
Ekstremizm yüksələcək
Gələn ilki Bundestaq seçkilərində köklü dəyişiklik gözlənilir
Gələn ilki Bundestaq seçkilərində köklü dəyişiklik gözlənilir
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
Tofiq Zülfüqarov: «... Deməli gec və ya tez digər hallar meydana gələcək»
Qurum Ermənistanın hakim partiyasını ərazi bütövlüyümüzü tanımağa çağırdı
İlham Əliyev: «XXI əsrdə təcavüzkar separatizm qəbul edilə bilməz»
Almaniyada siyasi böhran
Almaniyada erkən seçki ola bilər
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu axtarışa verilib
Qardaş ölkə nəşrləri işğal altında olan Azərbaycan torpaqlarına səfər edənlərdən yazdı
Politoloqların fikrincə, Merkelin bundan sonra fərqli addımlar atacağını indidən söyləmək olar
Brüsseldə Ermənistan səfirliyi qarşısında aksiya keçirilib
«Nə iqtidar, nə də müxalifətçi namizədlərin səsi gəlir»
AAC BMT-nin sənədində məcburi köçkünlərlə bağlı dəyişiklik etmək istəyir
«Əgər hər ölkə müəyyən tarixi səbəblərə görə qonşusunun ərazisinə iddialı olsaydı, ...»
TEAS Londonda «ASAN xidmət» müzakirələri təşkil edib
Tale Heydərovla Leyla Əliyeva boks izlədilər
«Mən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini dəstəkləyirəm. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Erməni siyasətçiləri bunun əksini iddia etməklə odla oynayırlar».
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) verilən məlumata görə, bunu Almaniyanın Xristian Demokrat İttifaqının ölkə parlamentindəki deputatı Stefen Kanitz Qarabağ münaqişəsinə dair fikirlərini açıqlayarkən deyib.
S.Kanitz qeyd edib ki, Avropada ərazi bütövlüyü prinsipinin tətbiqi Ermənistanın Azərbaycana qarşı zorakılığına qədər birmənalı olub: «Ermənistan Azərbaycan ərazisinin böyük bir hissəsini və Dağlıq Qarabağı işğal etməklə özünü beynəlxalq hüquq standartlarından nəzərəçarpacaq dərəcədə kənarlaşdırdı. Belə bir davranış biz - parlamentarilər tərəfindən xoş qarşılana bilməz.
Avropa Şurasının Parlament Assambleyası açıq-aydın bəyan edib ki, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüquqa ziddir. AŞ PA-nın həmin qətnaməsini rəhbər tutan Almaniya və Avropa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. Sovet İttifaqının süqutundan sonra Ermənistan qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal edərək, bir milyona yaxın azərbaycanlını didərgin vəziyyətinə saldı. Aydındır ki, insanların bu acınacaqlı durumuna biganə qalmaq olmaz. Buna görə də biz münaqişənin sülh yolu ilə həlli üçün cəhdlərimizi gücləndirməliyik».
S.Kanitz bəyan edib ki, Avropa ictimaiyyəti Ermənistanın beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarına qarşı yönələn hərəkətlərini qətiyyətlə pisləyir: «Ermənistan beynəlxalq səviyyədə məsuliyyət və cavabdehlik daşıyır. Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik».