vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
12:02 | 4 iyul 2020 | Şənbə Məqaləyə 12594 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İkinci pik ...”

ÜST: “Yoluxma sayının artması koronavirusun ikinci dalğası deyil”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bir çox ölkələrdə koronavirusa yoluxma sayının artması hamının ehtiyat etdiyi ikinci dalğa deyil, əksinə ilk dalğanın ikinci pik həddidir”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayn deyib.

ÜST rəsmisinin sözlərinə görə, ölkələr yoluxma hallarının artımında qeydə alınan pik dalğalanmalara hazır olmalıdırlar: “Dövlətlər xəstəliyin mümkün olduğu qədər daha güclü şəkildə qarşısını almağa çalışmalıdırıar. Əgər ikinci böyük dalğa olarsa, ölkələr onun qarşısını almaq məsələsində ilk dalğadan lazımlı dərsləri öyrənmiş olmalıdırlar. Yoluxma halları ilə mübarizə aparmaq üçün vaxtında xəstə sayını aşkar edə bilmək və səhiyyə sistemini gücləndirmək əsasdır”.

M.Rayn vurğulayıb ki, indi kütləvi peyvəndləmə işlərinin nə zaman başlayacağını demək mümkün deyil: “İlin sonuna qədər bir peyvənd sınaqdan keçirilmiş ola bilər. Əsas məsələ isə peyvəndin kütləvi istehsalının nə qədər müddət alacağıdır. Ancaq bu gün üçün hər hansı peyvənd yoxlanışı aparıımayıb və ya virus üzərindəki hansısa təsiri araşdırılmayıb”.

“Report” xatırladır ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus isə bundan əvvəl qurumun Cenevrədə baş tutan mətbuat konfransında COVID-19 xəstələrinin müalicəsində təsirli olacaq dərmanlarla bağlı aparılan araşdırmaların ilk nəticələrinin iki həftə ərzində məlum olacağını bildirmişdi.