vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
12:40 | 6 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 1750 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabiq baş redaktor narazıdır

Gündüz Tahirli: «Şişirtmə əmsalı heç bir ölçüyə sığmır»

Aygün MURADXANLI, musavat.com

MÖVZU İLƏ ƏLAQƏLİ

06.01.14 - Gündüz Tahirli: «Şişirtmə əmsalı heç bir ölçüyə sığmır»...

- Gündüz bəy, Azərbaycanı birdəfəlik tərk etdiyiniz, ABŞ-a köçdüyünüz deyilir. İndi haradasınız?
- Amerikadayam. Üç ildən artıqdır ki, işlərimlə bağlı sıx-sıx gəlib-gedirəm. Məni yaxından tanıyanlar üçün bu, heç zaman gizli olmayıb. Görünür, bir çoxları üçün xəbər gözlənilməz olduğundan, bəzi söz-söhbətlərə səbəb olub. Amma sonradan mənə bu barədə müraciət edənlərdən heç kimə «Azərbaycandan getmişəm» və ya «getməmişəm» deyə bir açıqlama verməmişəm. Tək sizin qəzetin çox sıxışıq bir zamanda verilən konkret sualını «Bakıdayam» deyə cavablandırmışam, çünki, doğrudan da o zaman Bakıda idim. Yanvarın 20-dən sonra  bu sual yenidən verilsə, yenə də «Bakıdayam» deyə cavab verəcəm, çünki artıq o zaman yenə Bakıda olacam. Bir də nə vaxt Amerikaya gələcəyimi indidən deyə bilmərəm, çünki bu, istənilən zaman ola bilər. Təəssüf ki, bəzi keçmiş həmkarlarım sanki yalan aşkarlamışlar kimi belə cümlələr işlədiblər: «Gündüz Tahirli mediaya açıqlamasında özü haqda yayılan xəbəri təkzib etməyə çalışaraq, «Azərbaycandan getməmişəm» deyə bildirmişdi». Azərbaycan mətbuatında ilkin mənbəyə istinad ciddi problem olduğu üçün bu xəbərin müəllifinin kim olduğunu bilmirəm. Amma yenə də təəssüf ki, bir sıra mediada, o cümlədən sizin qəzetdə tək bir xəbər vergülünə, nöqtəsinə toxunulmadan təkrar edilib. Yenə həmin xəbərdə yazılır ki, «ANS-in əməkdaşına müsahibə verən G.Tahirli ABŞ-dakı Azərbaycan ictimaiyyətinin nümayəndəsi kimi danışıb». Əvvəla, mən həmin reportajdakı çıxışı «Azərbaycanı qısa müddətə tərk etsəm belə...» cümləsi ilə başlamışam və hansı əlamətlərə görə sözlərim «Azərbaycan icmasının nümayəndəsi» statusuna layiq görülüb, anlamıram. İnanın ki, işlətdiyim hər bir kəlmənin və cümlənin məna yükünə kifayət qədər məsuliyyətli yanaşmağa çalışıram.
Eyni zamanda onu da deyim ki, dünya kiçilməkdə davam edir. Amerikaya və ya dünyanın hər hansı başqa yerinə köçüb yaşamaqda bir qəbahət görmürəm. Əsas odur ki, haradan gəldiyini və kim olduğunu unutmayasan. Ona görə də bu xəbər mətbuatda ilk olaraq yayıldıqda nə təkzib, nə təsdiq etməyə ehtiyac duymadım. Amma sonradan, məsələ haqqında gəzən söz-söhbətlərin xarakteri və mətbuatda gerçək olmayan rakurslardan işıqlandırılması ilə bu münasibəti bildirməyə razılaşdım.
- Gəzən söz-söhbətlərdən biri də budur ki, Azərbaycandakı biznes fəaliyyətinizlə bağlı ölkədən  getməyə məcbur olmusunuz...
- Əvvəla, bu ayın sonuna yaxın yenidən Bakıda olacam. Bu, əslində sualınıza yetərli cavabdır. Amma hər kəs əmin ola bilər ki, ölkəni tərk etməyə səbəb olacaq bir qəbahətin sahibi deyiləm. Bu məqamda özü haqda doğru olmayan qəzet xəbərinə Mark Tvenin cavabını xatırlatmaq istərdim: «Ölümüm haqda xəbərlər bir qədər şişirdilib». Təbii ki, nə özümü Mark Tvenə tay tuturam, nə də ki, ölməmişəm, amma xəbərlərdə şişirtmə əmsalı heç bir ölçüyə sığmır.