Davam edən yol...
... Və ya müəllimin ən böyük sevinci
Rafael HÜSEYNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bizim qırmızı sevgimiz
(Xatirələr silsiləsindən)
-
Professor Nəsir Əhmədli vəfat etdi
Mərhum doğulduğu rayonda torpağa tapşırılacaq
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
On il əvvəl bugünkü gün
Bizi xatirələrdə yaşadan gördüyümüz işlər, solmayan izlər olur
-
ANA DİLİmizin –
ATA isim-sifətlərindən, “əzəl mübtəda”larından Əbdüləzəl Dəmirçizadə...
-
“Hərəyə bir-iki şüşə ...”
Keçmiş rektorun Madrid səfəri barədə yeni iddia - içməyə Şeyxin təyyarəsində başlayıb...
-
Etil spirtinin yaratdığı “qısaqapanma”
Madriddəki biabırçılıq məhərrəmovların “kAbel”ini yandırdı...
-
«Bizdən öndədirlər»
Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar
-
Mühasibat tabelindən xəbərsiz rektor
Mənasız reklam Abel Məhərrəmovun nəyinə lazımdır?
-
4 il oxu, axırda da qal işsiz...
Azərbaycan universitetləri: Memarlıq və inşaat hara, neft-qaz hara, yaxud ali məktəbi bitirib ixtisasından xəbəri olmayanlar
-
«BDU-da rüşvətxorluq var» deyən tələbə axtarılır
Məhkəmə Mirağayev barəsində qərar verib
-
«Sizin ipinizi çox boş buraxmışıq…»
BDU-da növbəti qalmaqal
-
Qızlar necə oğlanlarla ailə qurmaq istəyir?
«Qısqanc olsun, uzunsaçlı, qulağında sırğa ola bilər»
-
«Cəfərin yeri»
Bura Elçibəy də, Köçəryan da gəlirdi...
-
«Siyahı saatbasaat dəyişir»
İlahiyyatçılara zərərli dini kitabları Azərbaycana gətirməyə icazə verilir
-
«Görək başımıza nə gəlir»
Xınalığa göndərilən gənc müəllim: «Hələ qış qarşıdadır...»
Ömür bir, həvəs çox, işlənilməli, səni ardınca çəkən cəzbedici mövzular da saysız-qədərsiz. Vaxt özü vadar edir ki, tələbələrini, ardıcıllarını yetirəsən, haqqında yazılmasını əhəmiyyətli saydığın mövzuları onlara həvalə edəsən.
Həm də gərək elə yetirmələrin ola ki, səni sevindirə, umduğun səviyyədə çalışa, axtarış apara, düşüncələrini də uğurla qələmə ala bilə.
Xoşbəxtlikdən bu qəbil istedadlı cavanlarımız az deyil.
2017-ci il may ayının 26-da Bakı Dövlət Universitetindəki Müdafiə Şurasında professor Cəlil Nağıyevin sədrliyi ilə keçirilən iclasda mənim daha bir doktorantım İlahə Hacıyeva filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün böyük müvəffəqiyyətlə dissertasiyasını müdafiə etdi.
İlahəyə bir neçə il qabaq mənim verdiyim mövzu Nizamişünaslığın ümdə problemlərindən biri ilə bağlı idi və dahi gəncəlinin doğurduğu ədəbi məktəbin yeni üfüqlərini daha dəqiq görmək, göstərmək vəzifəsi daşıyırdı.
«Anadilli «Xəmsə» ənənəsində qəliblərə riayət və istisnalar» adlı bu mövzu geniş əhatəsinə görə əslində elə birbaşa elmlər doktoru dərəcəsi almaq üçün dissertasiya mövzusu kimi qəbul edilə bilər.
İlahə farscanı da bilir və biz yalnız araşdırmanı türkdilli mətnlərlə məhdudlaşdırmasaydıq, həcm lap genişlənərdi və fəlsəfə doktoru dissertasiyaları üçün müəyyənləşdirilmiş həcm çərçivəsindən kənara çıxardı. Ona görə dairəni bir az dar götürdük.
Yəni eyni mövzunu, eyni parametrlər üzrə Nizamini izləyən farsdilli şairlərin mətnləri əsasında da tədqiq etməyin yeri var və inşallah bunu da bir başqa araşdırıcıya həvalə edərik.
İlahənin yazdığı əsər də, müdafiə prosesindəki təqdimatı, suallara cavabları da Şura üzvü olan təcrübəli alimləri çox razı saldı və onlar mənim toplantının əvvəlindəki çıxışımda bəyan etdiyim «elmimizə dəyərli, yeni söz deməyə qadir bir araşdırıcı gəlir» fikrimlə sonda – gördüklərini görəndən, eşitdiklərini eşidəndən sonra tam razılaşdılar.
Müəllim üçün tələbəsinin, yetirməsinin nailiyyətindən böyük nə sevinc ola bilər!
Mənimçün ikiqat fərəli olansa bu idi ki, İlahə Hacıyevanın opponentlərinin birincisi mənim müəllimim, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov idi.
Və bu həm də bir rəmzdir.
Demək, yol davam edir, körpülər etibarlıdır, nəsillər arasındakı rabitə yaşayır, yeni-yeni bəhrələrini verməkdədir.
arım ay qabaq baş tutsa da, bu barədə gec yazmağımın səbəbi odur ki, İlahənin başı Ali Attestasiya Komissiyasına göndərəcəyi sənədləri hazırlamağa qatışdığından o gün çəkilmiş fotoları və videoyazını indi gətirib çıxarıb. O iş də mühüm idi və yaxşı ki, yay tətili başlayanadək İlahə bunu da yerinə yetirib. Yaxın aylarda alacağı alimlik diplomu bəri başdan mübarək olsun!