vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
22:21 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2814 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təkərlər üzərində cəhənnəm» nədir?

Azərbaycanın Çexiyadan aldığı yeni silahın özəllikləri

VİRTUALAZ.ORG və VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi Azərbaycanın Çexiyadan «Dana» özüyeriyən artilleriya qurğuları aldığı üzə çıxıb. Bu, Azərbaycan silahlı qüvvələrinin yeni başlayan növbəti irimiqyaslı təlimlərinə dair Müdafiə Nazirliyi tərəfindən yayılmış fotolardan məlum olub. Fotolara əsasən Azərbaycan ordusunun kamuflyajında rənglənmiş azı 10 «Dana» özüyeriyəni poliqonlara tərəf yürüş edir. Doğrudur, nazirlik Çexiyadan özüyeriyən artilleriya qurğularının alınması və onların ilk dəfə təlimlərdə tətbiq olunması barədə şərh verməyib. Ancaq fotolarda məhz «Dana» özüyeriyənlərinin əks olunduğu aydındır.

Bəs bunlar nə silahlardır və Azərbaycanın son illər müxtəlif kalibrli, hədəfi yüksək dəqiqliklə vuran müxtəlif artilleriya sistemləri ilə təchiz olunan raket-artilleriya qoşunlarına nə verəcək?

Açıq mənbələrdən «Dana» özüyeriyən artilleriya sistemləri ilə əlaqəli məlumatlar əsasında belə qənaət hasil olur ki, həmin silahların sayəsində Azərbaycan artilleriyasının zərbə gücü ilə yanaşı mobilliyi də xeyli artmış olur. Və «Dana» Azərbaycan ordusunun düşmən üzərində xüsusən artilleriya sahəsində əzici üstünlüyünü daha da artıracaq.

Qeyd etmək lazımdır ki, hərb sahəsində texnologiyaların sürətlə inkişaf etməsinə baxmayaraq müharibələrdə artilleriyanın rolu qətiyyən azalmayıb, əksinə, hədəfi yüksək dəqiqliklə vurmağa imkan verən tuşlama-nişangah sistemlərinin, habelə hədəfin koordinatlarını müəyyənləşdirmək üçün üçün pilotsuz kəşfiyyat təyyarələrinin, o cümlədən düşmən artilleriyasının mövqelərini elə birinci atəşdən sonra dəqiq müəyyən edən kontr-batareya sistemlərinin sayəsində daha da artıb. Və yedəyə alınan artilleriya qurğuları ilə yanaşı özüyeriyən artilleriya qurğuları da müharibələrdə ən effektiv silahlardan biri sayılıb. Çünki artilleriya qurğusunun tırtıllı, yaxud təkərli şassi üzərində yerləşdirilməsi hərbi əməliyyatlar zamanı onun mobilliyini, nəticədə effektivliyini xeyli artırır.

Lakin artilleriya qurğusunun tırtıllı, yaxud təkərli şassilər üzərində yerləşdirilməsi məsələsində üstünlük uzun müddət birincinin tərəfində olub. Və Azərbaycan ordusu tırtıllı şassilər üzərində yerləşdirilən özüyeriyən artilleriya qurğularının bir neçə növünə malikdir.

Bura 152 millimetrlik 2S3 «Akatsiya», 122 millimetrlik 2S1 «Qvozdika», 120 millimetrlik 2S9 «Nona-S», 152 millimetrlik «Msta-S», «Qiatsint» və 205 millimetrlik, hədəfi maksimal 40-50 kilometr məsafədən vura bilən 203 millimetrlik 2S7 «Pion» özüyeriyənləri daxildir. Özüyeriyən artilleriya qurğularının tırtıllı, yəni tank şassisi üzərində yerləşdirilməsi dağlıq ərazilərdə maneəsiz rahat hərəkət etdiyinə görə daha geniş tətbiq edilir. İkinci Dünya müharibəsinin təcrübəsi bu cür özüyeriyənlərin effektivliyini sübut etmişdi. Bu baxımdan sovet hərb sənayesi təkərli şassilər üzərində artilleriya qurğusunu yerləşdirməyə uzun müddət maraq göstərməyib.

Ancaq ötən əsrin 70-ci illərinin ortalarında o vaxtkı Varşava blokunun üzvü olan Çexoslovakiyanın maşınqayırma müəssisələrindən biri ordunun ehtiyacları üçün təkərli şassi üzərində 15 mm-lik artilleriya sistemini işləyib hazırlamağa başladı. Bu, seriya istehsalı 1979-cu ildən başlayan və nəvazişlə «Dana» adlandırılan (Dana çexlərdə qız adıdır), «Tatra 815» yük maşının xüsusi modifikasiya olunmuş 8x8 təkər sistemli şassisi üzərində yerləşən artilleriya qurğusu idi. Sonralar bu sistem «təkərlər üstündə cəhənnəm» adı aldı.

Şassinin ön hissəsində artilleriya qurğusunun heyəti üçün zirehli kabinə yerləşir. Bu kabinə heyəti atıcı silahlardan və mərmi qəlpələrindən qoruyur. Qurğunun silahlanmasındakı 152 millimetrlik, 5,58 metrlik (37 kalibr) top-qaubitsa iki zirehli yarımqüllədən ibarət olan fırlanan qüllədə quraşdırılıb. Bu yarımqüllələr bir-birindən hermetik təcrid olunub. Sol yarımqüllədə tuşlayıcı və doldurucu oturur. Onların arxasında mərmiləri lüləyə ötürmək üçün mexanikləşdirilmiş sistem var. Sağ yarımqüllədə ikinci tuşlayıcının yeri, qarşısında mexanikləşdirilmiş mərmi ötürücü sistem quraşdırılıb. İkinci tuşlayıcının kabinəsinin üstündə 12.7 millimetrlik DŞKM zenit-pulemyotudur.

Top-qaubitsa intensiv atış zamanı barıt qazlarının sistemin özünə və heyətə təsirini istisna edən xüsusi mexanizmlə təchiz edilib. İntensiv atış isə «Dana»lardan avtomatik rejimdə həyata keçirilir və bu, həmin artilleriya sistemlərinin ən mühüm özəlliklərindən biridir. Hansı ki, avtomatik rejimdə atış mərmilərin xüsusi mexanizmlə top-qaubitsanın lüləsinə ötürülür, boş gilizlər isə xüsusi transportyorla xaric olunur.

Mərminin uçuş məsafəsi hava yolu ilə 20 km, öldürücülük qabiliyyəti 18.7 km-dir. Mərminin başlanğıc sürəti saniyədə 693 metrdir. 2 rejimdə yarımavtomatik və əl ilə doldurulur. Yarımavtomatik rejimdə dəqiqədə 4, əl ilə 2 mərmi ata bilir. Bir saat ərzində isə 90 atış həyata keçirir. Çünki qurğunun bir döyüş komplekti 60 mərmidən ibarətdir. Sistem atış üçün D30 sovet qaubitsasının mərmilərindən, o cümlədən Çexiya hərbi-sənayesinin 2 tip qəlpəli-fuqas (152-EOF - uçuş məsafəsi 18 km), (152-EOFd - uçuş məsafəsi 20 km) və 1 tip (tank və möhkəmləndirilmiş istehkam əleyhinə) zireh-betondələn (152-EPrSv) mərmilərdən birbaşa atəş zamanı istifadə olunur. Qeyd etdiyimiz dəlici mərmilər beton istehkamların, zirehli və yarım zirehli texnikaları məhv etmək qabiliyyətindədir. 152 mm-lik qəlpəli-fuqas mərmilərinin təsiri 1500 metr, məhvetməsi isə 1200 metr radiusundadır. Partlayış zamanı 1200-1500 qəlpə meydana gəlir. 0-100 metr radius boyu bütün canlıları məhvetmə gücü 90 faiz, 100-500 metrdə isə 50 faizdir. Yəni atəş zamanı düşmən mövqeyindəki 200 metr dərinlik boyu düşmənə aid canlıların 90 faizi, 1000 metrdə isə 50 faizi məhv olacaq. Əgər bir batareya çəngəl və ya şahmatvari atış həyata keçirsə, 1 dəqiqə ərzində 4 hektara yaxın ərazidə hər hansı bir canlının sağ qalmaq ehtimalı olmayacaq.

Qurğunun uzunluğu 10.5 m, eni 2.8 m, hündürlüyü 2.6 m, çəkisi 23 tondur. Heyətin sayı 4 və ya 5 ola bilər. Lüləsinin maksimal qalxma bucağı 70, enmə bucağı isə 4 dərəcədir. 225 dərəcə sektor boyu atış həyata keçirə bilir. Qurğu cəmi 2 dəqiqə ərzində atəş mövqeyi tuta, atəşi başa vurandan sonra bir dəqiqə ərzində mövqeyini tərk edə bilər. Qurğu şose yolda saatda 80 kilometr sürətlə gedir, dolu yanacaq çənləri ilə 800 kilometr məsafə qət edir.

«Dana» özüyeriyən qaubitsalarının güclü «Tatra» (345 at gücü)  mühərriki ilə təchiz edilmiş olduqca yüksək manevr qabiliyyətinə malik olan mobil platformada yerləşdirilməsi ona düzənlik ərazilərdə daha yüksək hərəkətlilik imkanı yaradır. Ancaq şübhəsiz ki, yolsuzluq şəraitində bu su sistemlər tank şassisi üzərində yerləşdirilmiş özüyeriyən artilleriya sistemlərinə uduzur.

Azərbaycan ordusunda isə tırtıllı şassilər üzərində yerləşdirilən çoxsaylı özüyeriyən artilleriya sistemlərinin olduğu nəzərə alınarsa «Dana» özüyeriyənlərinin Qarabağda mümkün hərbi əməliyyatlar zamanı məhz nisbətən düzənlik istiqamətlərdə tətbiq olunmaq üçün alındığı şübhə doğurmur. Hansı ki, həmin sistemlər düşmənə dağıdıcı zərbələr endirərək sürətlə atəş mövqeyini tərk edəcək, beləliklə də cavab zərbələrindən yayınacaq. Ehtimal ki, Azərbaycan azı 100 ədəd (rəqəm «Wikipedia»dan götürülüb) «Dana» özüyeriyəni (ən azı 2 artilleriya briqadasını və ya 11 divizionu silahlandırmağa bəs edəcək qədər (1 divizionda adətən 3 batareya, hər batareyadasa 3 artilleriya qurğusu olur)) alıb. Həmin sistemlərlə təchiz olunmuş artilleriya divizionları düşmən mövqelərinə cəmi 15 dəqiqə ərzində intensiv atışla 6000-ə qədər 152 mm-lik mərmi yağdıra bilər ki, bu da olduqca böyük dağıdıcı güc deməkdir.

Nəzərə alanda ki, Azərbaycan ordusu İsrail istehsalı olan «Spear Mk 2» mobil minaatan sistemlərinə və Türkiyə istehsalı olan, təkərli platformaya malik «Fırtına» özüyeriyən artilleriya qurğularına da malikdir, o zaman həmin silah sistemlərinin «Dana» özüyeriyənləri ilə birgə tətbiqi yüksək mobillik və düşmənə gözlənilməz istiqamətdən qəfil zərbə endirmək imkanları deməkdir.

«Dana» özüyeriyən artilleriya silahının alınması ilə Azərbaycan ordusunda bu silah növünün sayı 520-ni keçdi. Düşmən ordusunda isə cəmi-cümlətani 38 qaubitsa silahı var. Onların 28-i «Akatsiya», 10-u «Qvozdika»dır. Ümumilikdə Ermənistan Silahlı Qüvvələrində (130 mm-lik toplar və 82 mm-lik («Vasilyok») minaatanlar xaric) 333 artilleriya silahı var və bütün silahlar (hətta Rusiyanın hədiyyə etdikləri belə) SSRİ-dən qalıb və çox güman ki, əksəriyyəti ömrünü artıq başa vurub. Azərbaycan ordusunda isə artilleriya silahlarının (top və özüyeriyən qaubitsalar) sayı 1000-dən artıqdır. O ki, qaldı 120, 80 və 60 mm-lik minaatanlara bu silahlar özümüzdə istehsal edildiyindən sayı bilinmir.

MDB ölkələrindən «Dana» özüyeriyənləri ancaq Gürcüstan və Rusiya (o da SSRİ-dən qalma) ordusunda var. Gürcüstan Çexiyadan 12 belə (hazırda 32) sistem almışdı və onları 2008-ci ilin avqust müharibəsində tətbiq edib.