«Üzeyir bəy çalışırdı onu bütün xalq sevsin»
«O, uzun müddət Azərbaycan üçün işıq saçan fikir insanı olacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bethoven və Meray Keri istedadı
Ritorik mahnılar beynin gizli qabiliyyətlərini ortaya qoyur
-
Yaşlıların musiqi yaddaşı gənclərinki qədər güclüdür
Yaddaş problemindən əziyyət çəkənlər üçün yeni müalicə üsulları hazırlana bilər
-
“Gözəllik baxanın gözündədir”
Niyə bəzi müğənnilərin səsini daha çox bəyənirik?
-
... O Üzeyir olmasın, bu Üzeyir olsun
Modern Avropanın seçimi ...
-
75 yaş hesabat rəqəmidir
Yaxud sənət həm də zəhmət istəyir...
-
Dünyanı kimlər dəyişib?
Dəli dahilər, yoxsa dahi dəlilər?
-
KORİFEY HACIBƏYLİLƏRdən –
ulu Azərbaycan mədəniyyətinə duruxmaz-xıxmaz sənət “Karvan”ı bəxş etmiş Soltan Hacıbəyov...
-
... Musiqinin gücü
Tərk edilməsi mümkünsüz görünən hotel və ...
-
Ölüm sevinməsin qoy, ömrünü vermir bada…
Üzeyir Hacıbəylinin vəfatından 70 il ötür
-
Bizi gələcəkdə gözləyən dahi
Üzeyir Hacıbəylinin doğum gününə ...
-
Üzeyir Hacıbəyli günləri
Dahi bəstəkarın xatirəsinə həsr olunmuş növbəti musiqi bayramı
-
«Ən azı əlli il geri qalmışıq!»
Sovet musiqisi və musiqili işgəncələr
-
Şadlıq evlərinə «sürpriz»
Müəllif Hüquqları Agentliyi: «Müəllif qonorarını müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir»
-
Toyxana sahiblərinə «toy tutacaqlar»...
Azərbaycanda repertuardan yayınan və müəllif qonorar ödənməyən musiqi və şeirə görə 50 min manat cərimə və icbari cəza
-
Qavaldaşdan süzülüb gələn musiqi
Şərqin ilk müsəlman bəstəkarı - Üzeyir Hacıbəyli
-
Bir firəng ilə söhbətim
«Nə olsun, biz müsəlmanlar beləyik, ...»
19-cu əsrin sonlarında Rusiya imperiyasının qərbində yaşayan xalqlar arasında azərbaycanlıları savadlılıq dərəcəsinə görə digər xalqlardan aşağıda olmasını qeyd edən bəstəkar deyir ki, həmin dövrdə xalqın arasından bu cür işıqlı bir ziyalının parlaması bizim üçün böyük bəxtəvərlik idi.
Firudin Allahverdi əlavə edir ki, o dövrdə bir neçə intellektual cərəyanlar olsa da, Üzeyir Hacıbəylinin fəaliyyəti ayrıca bir məktəb idi.
«Onlardan biri Cəlil Məmmədquluzadə başda olmaqla Molla Nəsrəddinçilər idi. Digəri türklərə meylli Füyüzatçılar idi və bir də tək Üzeyir Hacıbəyov var idi. Onun özü təkbaşına bir partiya, bir cərəyan idi».
Bəstəkarın sözlərinə görə, Üzeyir Hacıbəylini digərlərindən fərqləndirən tərəfi çox gənc yaşlarından etibarən malik olduğu və fenomenal sayıla biləcək analitik düşüncə tərzi idi. Onun 20-25 yaşları arasında yazdığı məqalələrdə məsələlərə fərqli baxışı bu analitik düşüncənin nəticəsi idi.
«Üzeyir Hacıbəyli məqaləsinin birində avropalıların arasından alim, həkim, bizim aramızdan isə qoçular çıxmasını nəsil, köklə bağlanmasına münasibət bildirərək qeyd edib ki, insan hər yerdə insandır. Fərq harada nəyə meydan yaradılmasındadır. Harada hansı fəaliyyətə meydan yaradılıbsa, o sahəyə istedadı olan adamlar meydana çıxır».
İndi olduğu kimi o vaxtlar da insanlarımızın ictimai-siyasi işlərdə və seçkilərdə zəif iştirak etdiyi vurğulayan bəstəkar bildirir ki, məhz xalqın ətrafda baş verənlərə bu cür biganəliyi Üzeyir Hacıbəylini ən çox narahat edən məsələlərdən idi.
Firudin Allahverdinin sözlərinə görə, 19-cu əsrin sonları, 20-ci əsrin əvvələrində musiqi siniflər arasında bölünmüşdü. Buna görə də, Üzeyir Hacıbəyli çalışırdı elə əsərlər yaratsın ki, onu təkcə bir qrup insan deyil, bütün xalq başa düşüb, dinləyib, sevə bilsin.
«Həmin dövrdə nəinki Azərbaycanda, Şərqi Avropanın bir çox ölkəsində öz xalq müsiqiləri ilə Avropa klassik musiqisinin sintezini yaratmağa çalışan cərəyan ortaya çıxmışdı. Bizə yaxın İran, Türkiyə, Orta Asiya ölkələrində də bu cərəyan mövcud olub. Lakin,onların heç birində yaranan musiqi əsərləri Üzeyir bəyin yaratdığı əsərlər qədər geniş kütlələr, xalq tərəfindən sevilməyib».
Bəstəkar əlavə edir ki, Üzeyir Hacıbəylinin uşaqlıq illərinin Xurşidbanu Natəvanın evində keçməsi və bu dövrdə rus ədəbiyyatı ilə yanaşı şərq və antik yunan ədəbiyyatına aid kitabları oxuya bilməsi onun gələcəkdəki yaradıcılığına ciddi təsir edib.
«Bəlkə də o, yalnız rus mədəniyyətini, ədəbiyyatını oxusaydı, xalqa yad olardı. Lakin şərq dilini və ədəbiyyatını bilməsi onu xalqa yaxın, xalqdan biri edib. Buna görə də Üzeyir Hacıbəyli indiki dövrdə belə bizim üçün işıq saçan fikir insanıdır».