Sabotaj, yoxsa …
Azərbaycanlı pambıqçıları Vyetnam partizanları kimi zəhərlədilər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çiyid səpini başladı
Nazir İman Kərimov prosesdə iştirak etdi
-
Pambıq yığımı başlandı
“Ağ qızıl”ın hər kiloqramına 60 qəpik və əlavə …
-
... 5 vəzifəli həbs olundu
Pambıqçıların zəhərlənməsinə görə ...
-
“Pambıqçıların zəhərlənməsi təxribat deyil”
Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”
-
“Ürəkbulanma zəhərlənmə demək deyil”
Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkətindən açıqlama: “Nəticələri gözləyirik”
-
“Bizim vaxtımızda belə hadisələr olmurdu”
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib
-
Bu artıq təxribatdır!
Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24-ə çatdı: 8-i uşaqdır
-
Zəhərlənmənin günahkarı tapıldı
Nazir İman Kərimov məmuru işdən çıxarıldı
-
“7 nəfər reanimasiyadadır”
Zəhərlənmə ilə əlaqədar 111 şəxs xəstəxanaya müraciət edib
-
Zəhərlənmə, yoxsa günvurma?!
14 pambıqçının xəstəxanalıq olmasının səbəbi bilinmir
-
Pambıq sahəsində növbəti insident
Bu dəfə Tərtərdə 14 nəfər zəhərləndi
-
Zəhərlənmə olayı prezidentin nəzarətində
Xəstələrin vəziyyəti isə qənaətbəxşdir
-
Təlimata əməl edilməyib...
Saatlıda 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb
-
Pambığın qozaları niyə açılmır?
Məhsul yığımı dekabra qədər uzana bilər
-
İcra başçıları üçün kritik son ay
Prezidentin verdiyi müddət dekabrın 15-də bitir; pambıq yığımında bir neçə rayon geridə qalıb
-
«Şəhərin illərlə yığılıb qalmış problemləri var»
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
İmişlidə pambıqçı fermerlər tarlaların herbisidlərlə işlənməsindən sonra məhsul yığımına yollanıblar. Həmin herbisidlər isə öz toksikliyinə görə hərbi zəhərləyici maddələr sinfinə aiddir. Beləliklə də, ciddi zəhərlənmə baş verib.
Adının çəkilməsini istəməyən mütəxəssis toksikoloqun virtualaz.org-a bildirdiyinə görə, İmişlidə, Saatlıda və Tərtərdə ziyanvericilərlə mübarizə məqsədilə istifadə edilmiş herbisid olan fitotoksikant “Agent Orange” adlı hərbi vasitəyə bənzərdir ki, sonuncudan Cənub-Şərqi Asiyadakı müharibə zamanı Vyetnam partizanlarına qarşı istifadə olunub.
Olduqca toksik olan bu herbisid orqanizmdə tənəffüs yolları, selikli qişalar və dəri vasitəsilə toplanır. Nəticələri çox təhlükəli ola bilər – qaraciyərin toksik zədələnməsindən tutmuş, gen mutasiyalarına qədər. Bu heürbisidlərdən istifadə edilmiş tarlada yalnız 5 gündən sonra işləmək olar. İmişlidə isə kimyəvi maddələrlə tarlaların işlənməsinin ertəsi günü insanları pambıq tarlasına yollayıblar. Bu, həmin maddələrin istifadəsi zamanı təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır.
Ekspert onu da qeyd edib ki, kənd təsərrüfatında fosfor-üzvi pestisidlərdən də istifadə edilir və bunlar da çox toksik olmaqla, sinir-iflic təsirli hərbi vasitələr sinfinə aid edilirlər və zarin, zaman kimi təsirə malikdirlər.
Xatırladaq ki, İmişlinin tibb müəssisələrinə pambıq tarlalarında işləyən 52 fermer müraciət edib. Daha öncə Saatlıda 21 fermer, Tərtərdə isə 14 pambıqçı zəhərlənmişdi.
***
18:11
İmişlidə pambıq tarlasında zəhərlənənlərin əksəriyyəti evə buraxılıb, hazırda xəstəxanada 7 nəfər qalıb. Onlardan heç birinin vəziyyətində ağırlaşma qeydə alınmayıb.
Bakı Toksikoloji Mərkəzdən İmişliyə ezam olunan həkim briqadasının rəyinə görə, yardım olunan xəstələrdən heç birinin evakuasiyaya ehtiyacı yoxdur: “Müraciət edənlərin bir çoxu panik həyəcan halında xəstəxanaya müraciət ediblər”.
Hazırda xəstəxanaya olan şəxslərin yaxın saatlarda və ya sabah evə buraxılacağı gözlənilir.
Qeyd edək ki, bütün yardım olunan xəstələrdən sidik və qan analizləri götürülərək toksikoloji laboratoriyada analiz olunacaq.
***
17:08
Bu gün İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə baş verib.
Kənd təsərrüfatı naziri İnam Kərimov, baş prokurorun birinci müavini Rüstəm Usubov və digər rəsmi şəxslər hadisə yerində olublar. Onlar zəhərlənən fəhlələrə baş çəkiblər.
Nazir İnam Kərimov bildirib ki, həm bu gün İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır: “Bu məsələ birbaşa cənab prezidentin nəzarətindədir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Qida Təhlükəsizliyi Dövlət Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu rayona ezam olunub”.
Nazir qeyd edib ki, pambıq texniki bitkidir: “Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin, dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər”.
İ.Kərimov deyib ki, nazirlik bununla bağlı son günlər ciddi xəbərdarlıq edib.
Nazir onu da qeyd edib ki, bu il iyulun 1-nə qədər fitosanitar sahədə dərman preparatlarının idxalına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, bundan sonra isə Qida Təhlükəsizliyi Dövlət Agentliyi icazə verəcək.
Nazir bildirib ki, zəhərlənən şəxslərin vəziyyəti normaldır: "Çox şükür ki, hər şey qaydasındadır. Xəstələrin vəziyyəti normaldır. Onlar yəqin ki, bu gün evlərinə buraxılacaq". (APA)
***
15:17
İmişli rayon xəstəxanasının baş həkimi Cəsur Paşayevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarında 35 nəfərə qədər şəxs xəstəxanaya müraciət edib: “Onların bir çoxu panik vəziyyətdə bizə müraciət ediblər, sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Hazırda müraciət edənlərin əksəriyyəti evə yola salınıb. Hazırda palatalarda bir neçə xəstə var. Onların da heç birində ciddi zəhərlənmə əlaməti yoxdur”.
İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə APA-ya deyib ki, o, hadisə ərazisində olub və daha sonra xəstəxanaya baş çəkib: “Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb. Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: "Hazırda həmin şəxslərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək".
***
14:39
İmişli rayonunda pambıq tarlasında zəhərlənənlərin sayı rəsmi olaraq 52 nəfərdir.
Virtualaz.org xəbər verir ki, yerli xəstəxanaya bu sayda adam müraciət edib. Onlardan 20 nəfəri müayinələrdən sonra ambulator müalicəyə göndərilib, qalanlarının müayinələri davam edir.
Bundan əvvəl zəhərlənənlərin sayının 80-dən çox olduğu haqda xəbərlər yayılmışdı.
***
14:17
İmişli rayonunda pambıq tarlasında işləyən fəhlələrin kütləvi zəhərlənməsinə görə kənd təsərüfatı naziri İnam Kərimov təcili olaraq bu rayona yola düşüb. Bu haqda virtualaz.org-a Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Habelə baş prokurorun müavini Rüstəm Usubov və Dövlət Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli də İmişliyə yola düşüblər.
Xatırladaq ki, pambıq tarlasında zəhərin təsirinə məruz qalanların sayı yüzə yaxındır, onlar yerli xəstəxanaya yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Bu, son günlər Azərbaycanda pambıq sahəsində baş vermiş üçüncü kütləvi zəhərlənmədir.
***
13:20
İmişli Rayon Mərkəzi Xəstəxanasından virtualaz.org saytına bildiriblər ki, zəhərlənənlərin sayı 50-dən çoxdur. Bəzi mənbələr isə zəhərlənənlərin sayının 100-ə çatdığını bildirir.
Zəhərlənənlər “MKT” şirkətinə məxsus pambıq sahəsində işləyənlərdir. Zəhərlənmənin zərərvericilərə qarşı istifadə olunan kimyəvi preparatdan baş verdiyi ehtimal olunub.
***
12:55
Azərbaycanın daha bir rayonunda pambıq tarlasında alaq vuran fəhlələr kütləvi zəhərlənib. Virtualaz.org-un regional müxbiri xəbər verir ki, İmişli rayonunda pambıq tarlasında işləyən onlarla fəhlə bu gün səhər saatlarında zəhərlənib. Onlar İmişli Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlərin sayı dəqiqləşdirilir. Fəhlələrin bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: “Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.
Bundan əvvəl Saatlı rayonunda onlarla qadın pambıq tarlasında işləyərkən alaq otlarına qarşı tətbiq edilmiş zəhərli kimyəvi preparatın təsirinə məruz qalıb. Onların bir qismi hələ də xəstəxanadadır. Faktla bağlı cinayət işi qaldırılıb, prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürüb. Daha sonra Tərtər rayonunda pambıqçılıların kütləvi zəhərlənməsi baş verib.