vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
18:19 | 3 may 2022 | Çərşənbə axşamı Məqaləyə 1453 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Nə mutlu türküm deyənə”!

Mərd, sadəlövh, birsifətli türk ruhu ...

M.ŞÜKÜROV

Bu gün türkçülük günü imiş. Demək ki, mənim də günümdür.

Doğrudur, bayağı millətçilikdən uzaq durmağa çalışmışam həmişə. Amma bu mərd, sadəlövh, birsifətli türk ruhunu da farsizmin, ərəbçiliyin, rusçuluğun, qərbçiliyin ayağına verməmişəm heç zaman.

Genetikamı araşdırsalar, bir çoxları kimi orada “buket” aşkarlanar. Amma anamın dilidir türk dili. Bu dilin məcrasında böyüyüb idrakım, özünüdərkim. Türk dilində sevgi məktubu yazmışam, Türk dilində söyürəm qəzəblənəndə. Türkəm. Dünyada özünəməxsus iz qoymuş, mədəniyyət yaratmış, dövlətlər qurmuş bir etnosun bir hissəsiyəm. Slavyanların, ərəblərin,.. parçalandığı dünyada türklərin yaxınlaşmasını və birləşməsini gözləyirəm.

“Nə mutlu türküm deyənə”!

Türkçülüklə bağlı bir qeyd də edim. Türklər maskulin xalqdırlar. Lao Tzının dili ilə Yan xalqıdırlar. Zəkanı, işığı, gücü təmsil edirlər. Bir çoxları bu antropoloji xüsusiyyəti qəbul eləmir. Amma nahaq. Xalqlar da maskulin və feminin olurlar. Bu səbəbdən, türk qadınları da bir az kişi kimidirlər. Sərt, mərd və döyüşkən.  Kitabi Dədə Qorquddan da analiz etmək olur.

Məsələn, rus filosofu N.Berdyayev yazırdı ki, ruslar feminin xalqdırlar. Bu səbəbdən tarix boyu digər maskulin xalqların onları idarə etməsinə ehtiyac hiss ediblər (skandinavların, türklərin, almanların, hətta gürcü Stalinin də). Oşo da hindlilərin feminin xalq olduğunu deyirdi. Bir az da irəli gedərək Hindistanı nəhəng vaginaya bənzədirdi. Onlar da tarixən maskulin xalqların (türklər və ingilislərin) onları idarə etməsini “arzulamışlar”. Feminin xalqların da öz gözəlliyi var, təbii. İn tərəfi təmsil edən bu xalqlar mistisizmi, irrasionallığı (“умом Россию не понять”), zəifliyi və qaranlığı təmsil edirlər.

Eyni səbəbdən, məsələn, bir türk rus qızına qarşı böyük elektrik hiss edir. Çünki maskulin xalqın kişisi ikiqat maskulinlik, feminin xalqın qadını - ikiqat femininliyi təmsil edir. Amma rus kişisi türk qadınını cəlb etmir.