15 milyonadək ölüm ...
COVİD-19-a yoluxma sayı yarım milyarddan artıqdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Adam öldürmə cinayətinə 4 aylıq həbs?
Qonşusunu “Covid-19”a yoluxduran qadına həbs cəzası
-
Auditorlar məhkəməsindən acı etiraf
“COVİD-19” bərpa fondunda gecikmələr nəticəsində AB üzvü dövlətlər pullarını ala bilməyib
-
Ən az etibar edilən peyvənd
ABŞ-da COVİD-19 vaksininə şübhə edənlərin sayı artır
-
Sağlamlıq səfərbərliyi
Meymun çiçəyi virusu haqqında şok təfərrüat
-
“Covid-19”dan daha ölümcül
Özünüzü meymun çiçəyi virusundan qorumağın yeganə yolu!
-
Son bir həftədə 861 yoluxma
Cənubi Koreya “Covid-19” həyəcanı
-
Dünya təşvişə düşüb
Kabus geri dönür; “ən yoluxucu variant” sürətlə yayılır
-
Bir həftədə 7 nəfər ölüb
Yunanıstanda “Covid-19” həyəcanı
-
Kabus xortladı
DST xəbərdar edir, yoluxduqdan beş gün sonra başlayır
-
Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
-
DST gələcək pandemiyalara hazırlaşır
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
-
Qriplə fərqi qalmadı...
Avropa ölkəsi COVİD-19 yoluxmaları zamanı məcburi karantini ləğv edir
-
Çində etirazçı ovu
Polisi aksiya iştirakçılarını mobil telefon siqnalları ilə aşkarlayır
-
Hökumət geri addım atdı
Çində baş verən etiraz aksiyalarının görünməmiş miqyası pandemiya yumşalmalarına səbəb oldu
-
Çində polis nümayişlərə maneə törədib
Sərt tədbirlər davam edir
-
Fransada COVİD-19 yoluxmalarında artım
Ölkə bronxiolit epidemiyasından keçir
Koronavirus pandemiyası dünyada 15 milyonadək əlavə ölümə səbəb olub. Bu yeni hesablamanı Dünya Səhiyyə Təşkilatı (DST) aparıb. Göstəriciyə həm COVİD-19-dan ölənlər, həm də böhranla əlaqəli digər səbəblərdən, məsələn, tibbi xidmətin çatışmazlığından vəfat edənlər daxildir.
DST əlavə ölümlər deyəndə “baş verən ölü sayı ilə daha öncəki illərin məlumatlarına əsasən, pandemiya olmasaydı baş verə biləcək ölü sayı arasındakı fərqi” nəzərdə tutur.
***
Qurumun baş direktoru Tedros Adhanom Gebreyesus bəyanatında deyib ki, “bu ayıldıcı məlumat təkcə pandemiyanın təsirini göstərmir, eyni zamanda ölkələrin daha möhkəm səhiyyə sistemlərinə sərmayə qoymalı olduğunu” üzə çıxarır.
Pandemiyanın ilk iki ilində əlavə ölümlərin çoxu Cənub-şərqi Asiya, Avropa və Amerikalarda qeydə alınıb. Onların üçdə ikisi cəmi 10 ölkədə, o cümlədən ABŞ-da baş verib.
Birləşmiş Ştatlarda koronavirusdan ölüm 1 milyona yaxınlaşmaqdadır. Ancaq bu saya pandemiya dövründə səhiyyə sistemləri yükləndiyindən müalicə ala bilməyənlər daxil deyil.
“Digər yuxarı gəlirli ölkələr sırasında ABŞ-da ən pis əlavə ölüm göstəriciləri qeydə alınıb”, – Virciniya Kommonvels Universitetinin Tibb Məktəbində Cəmiyyət və Səhiyyə Mərkəzinin fəxri direktoru və aparıcı müşaviri, DST-nin hesabatının hazırlanmasına iştirak etməmiş Stiven H. Vulf deyib.
“Görünən odur ki, pandemiya nəhəng sayda həyat itkisinə səbəb olub”, – Vulf sözlərinə əlavə edib.
***
Əlavə ölümlərin 81 faizi ortagəlirli, 53 faizi isə aşağı-ortagəlirli ölkələrin payına düşüb. Yuxarı gəlirli ölkələr üzrə əlavə ölümlər 15 faiz, azgəlirli ölkələrdə isə 4 faiz olub.
Cons Hopkins Universitetinin hesablamasına görə, dünyada koronavirusdan indiyədək 6 milyon 200 mindən çox insan vəfat edib. Yoluxma sayı 500 milyondan artıqdır.
DST Hindistanda pandemiyanın 4.7 milyon ölümə səbəb olduğunu bildirir. Amma hökumətin göstərdiyi rəqəm bundan 10 dəfə azdır. Hindistanın Səhiyyə Nazirliyi bu hesabatı rədd edib, informasiya yığımı sisteminin “statistik baxımdan qeyri-sağlam olduğunu, elmi baxımdan suallar yaratdığını” deyib.
Rəsmi təsdiqlənmiş ölü sayı ilə DST-nin hesablamasının fərqinə gəlincə, ekspertlər bunu bəzi yerlərdə testlərin olmaması, adamların heç virusa yoluxduğunu bilmədən ölməsi ilə əlaqələndirirlər. Bəzi ölkələr isə ölüm hallarını yaxından izləməyib. 85 ölkə COVİD-dən ölümlərə dair statistikanı DST-yə verməyib.
Azərbaycanda indiyədək koronavirusdan 9 min 700-dən çox ölüm və 792 mindən çox yoluxma təsdiqlənib.