vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
19:42 | 23 noyabr 2022 | Çərşənbə Məqaləyə 1068 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Həqiqəti pulla satmaq təhlükəlidir”

100-ə yaxın reklamçının tərk etdiyi “Twitter”ə 2 milyardlıq ziyan deyib

Elxan POLADLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəzi brokerlər İlon Maskın “Twitter”i alması xəbərləri fonunda, bu şirkətin səhmlərini almağı şiddətlə tövsiyə edirdilər. Hazırda isə “Twitter”in aqibəti sual altındadır.

İlon Mask “Twitter” şirkətini aldıqdan sonra, şirkəti 100-ə yaxın iri reklam sifarişçiləri tərk edib. 2020-ci ildən bu şirkətlərin “Twitter”ə reklam üçün yatırımları 2 milyard dollara yaxın olub. Təkcə 2022-ci ildə bu şirkətlər reklama görə “Twitter”ə 750 milyon dollar ödəyiblər.

Tərk edənlər arasında “Chanel”, “Wells Fargo”, “Verizon”, “The Coca-Cola Company”, “Nestle”, “HP”, “Dell”, “AT&T” və “American Express” kimi nəhənglər var. 

“Twitter”in səhmləri birjadan delist olunub və hal-hazırda səhmlərin real dəyərini bilmək mümkün deyil.

Bu itkilərinə baxmayaraq, İlon Mask şirkətin reputasiyasına xələl gətirən təhlükəli hərəkətlərini davam etdirir. O cümlədən konspiroloji dedi-qoduları daha da gücləndirirək, keçmiş prezident Donald Tramp kimi qadağan olunmuş hesabları birtərəfli qaydada bərpa edir. İfrat sağçılarla görüşür. Ekstremistlərə və fırıldaqçılara “mavi tık”ı pulla almağa imkan verən təsadüfi yoxlama sxemini yaradır.

Xüsusən, bu son yoxlama sistemi, platformada müxtəlif saxtakarlıqlara və brend təqlidlərinə imkan yaradıb. Bir çox hesablar “mavi tık” alaraq “Pepsi Co” və “Eli Lilly” kimi şirkətləri təqlid edərək “spoofing”lə məşğul olmağa başlayıblar. İlon Maskın özünü isə məsxərəyə qoymaq üçün “mavi tıklı” “Tesla” adlı bir hesab isə zavodda uşaq əməyindən istifadə etdikləri barədə yazılar yazmağa başlayıb.

Maskın bərbad “Twitter” idarəçiliyi artıq ABŞ dövlət rəsmilərini və informasiya təhlükəsizliyi, rəqəmsal kriminalistika laboratoriyalarını narahat etməyə başlayıb. “The Washington Post”un müxbiri “mavi tık”lı hesabdan bir siyasətçini təqlid edərək, bunun mümkün olduğunu sübut edib. Bundan sonra senator Edvard Marki, İlon Maska yazdığı məktubunda “Həqiqəti pulla satmaq təhlükəli və qəbuledilməzdir”, – deyə biznesmenə iradını bildirib.