vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAĞLAMLIQ  
08:22 | 18 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 79 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Heç bir zərəri məlum deyil”

Rusiyalı alim mikroplastik böhranının həddən artıq şişirdildiyini düşünür?

ELŞAD

Bir çox elm adamı plastiklərin ətraf mühitə verdiyi zərərləri araşdırarkən, mikroplastiklərin hətta beyin və ürək kimi orqanlarda da yığıldığını ortaya çıxarıb və bunun əhəmiyyətli problemlərə yol aça biləcəyini bildirib.

Amma Rusiya Elmlər Akademiyasından Aleksey Koklov fərqli düşünür. Moskva Dövlət Universitetinin Polimer və kristallar fizikası kafedrasının müdiri olan alim polimer mikrohissəciklərinin canlılara zərər verdiyinə dair heç bir elmi sübut olmadığını iddia edir.

Koklov Rusiyanın dövlət RT telekanalına müsahibəsində mikroplastiklərin təbiətdə daha çox olan ağac və beton hissəciklərindən daha az zərərli olduğunu iddia edib: “Bütün maddələr təbii proseslər nəticəsində daha kiçik parçalara parçalanır. Təkcə mikroplastiklər deyil, bütün nanomateriallar insan qanına qarışa bilir. Zamanla divarlar insan orqanizminə daxil olan toz və quma çevrilir. Mikroplastik hissəciklərin xüsusilə zərərli olduğuna dair heç bir sübut yoxdur”.

“Bir zərrəcik insan orqanizminə daxil olanda onu bakteriya və zülal kimi hissəciklərdən ibarət bioloji mayelər əhatə edir”, – deyən alim, milyonlarla ildir tozla bu şəkildə mübarizə aparan insanların eyni şəkildə mikroplastiklərə qarşı özlərini müdafiə edə bildiyini söyləyib.

Koklov iddia etdi ki, media mikroplastikləri sensasiyalı hekayələrə ehtiyac duyduğu üçün böyük narahatlıq yaradıb.

O, plastik butulkalar haqqında çox danışıldığını, lakin araşdırmalar göstərib ki, tekstildə istifadə olunan poliamidlər ilkin mikroplastik mənbəyidir.

Koklov deyib ki, mikroplastik istehsalında avtomobil təkərləri, şəhər tozu və yol nişanlarının da mühüm payı var.

Digər tərəfdən, mikroplastiklərin məməlilərin beynində iltihaba səbəb olduğunu göstərən alimlər də var.

Məsələn, ABŞ-ın “Rhode Island” Universitetindən professor Ceymi Rossun rəhbərlik etdiyi tədqiqat qrupu üç həftə ərzində müxtəlif yaşlarda olan siçanlara müxtəlif konsentrasiyalarda mikroplastiklərlə çirklənmiş su veriblər.

Komanda siçanların beynində və qaraciyərində iltihab əlamətlərini, həmçinin heyvanların davranışında dəyişiklikləri müşahidə edib.

Gözlə görünməyəcək qədər kiçik olan mikroplastiklər indi hər yerdə geniş yayılıb. Hesablamalara görə, orta hesabla bir insan hər il təkcə içməli sudan təxminən 4000 plastik hissəcik qəbul edir.