

Gəmidə zibil yandırılması Pekini özündən çıxarıb
Daşqınlarla bağlı Vyetnamın Çindən tələbi olub
“Yağı” körpünü uçdurdu, çoxlu ölən var
Ölkə sabah baş verəcək fəlakətə hazırlaşır
“Sabina Shoal”da Çin və Filippinə məxsus sahil mühafizə gəmiləri toqquşub
Batmış paslı “Sierra Madre” ilə bağlı ABŞ və Çin niyə fikir ayrılığına düşürlər?
Təkanlar yerin 10 km dərinliyində və 7 bal gücündə olub
Çinin borcunu qaytara bilməyənlər ağır şərtləri ilə üzləşirlər
Prezident Dutertenin başlatdığı kampaniyada indiyədək 7-8 mindən nəfərdən çox adam güllələnib
Hədəfdə İŞİD və ...
Dutertenin nartotikə qarşı sərt mübarizə kampaniyası nəticəsində son altı ayda 6 min nəfər öldürülüb
Başçı və 9 nəfər dəstə üzvü atışmada öldürülüb
...Çinlə yaxınlaşmaq istəyir
«Tüpürüm insan hüquqlarına»
Çin, Vyetnam, Filippin, Yaponiya və Koreyalar sularda nəyin kimə məxsus olduğunu ayırd etməyə çalışırlar
Filippində səlahiyyətlilər dang qızdırmasının qarşısını almaq üçün ağcaqanadlara öldürənlərə mükafat təsis edib. Paytaxt Manilanı və ətraf əraziləri əhatə edən Milli Paytaxt Bölgəsindəki Mandaluyong şəhərinin səlahiyyətliləri ağcaqanadların çoxalmasından sonra xəbərdarlıq vəziyyətinə gətirilib.
Şəhərdəki Barangay Əlavəsi idarəçisi Karlito Sernal, 5 ağcaqanad öldürən hər kəsə 1 Filippin pesosu (təxminən 0,3 qəpik) mükafat veriləcəyini açıqlayıb.
Keçən həftə iki tələbənin ağcaqanadların yoluxduğu dang qızdırması səbəbiylə öldüyünü qeyd edən Cernal mükafat üçün öldürülən ağcaqanadların dəlil olaraq gətirilməli olduğunu bildirib. O əlavə edib ki, ağcaqanad sürfələri gətirənlərə də pul mükafatları veriləcək.
Filippinin Səhiyyə Nazirliyi bildirib ki, “yerli hakimiyyət orqanlarının dang xəstəliyi ilə mübarizə səylərini təqdir edir”.
Digər tərəfdən, ağcaqanadlara pul mükafatı qoymaq sosial mediada gülüş obyektinə çevrilib.
Sosial şəbəkə istifadəçilərindən biri “Ağcaqanad ferması açılır”, digəri isə “Ağcaqanadın yalnız bir qanadı olsa, biz mükafat ala bilərikmi?”, – deyə soruşub.
Sernal mükafatın sosial mediada ələ salınmasına əhəmiyyət vermədiyini və bu addımın xalqın sağlamlığı üçün zəruri olduğunu bildirib.
Manilanın mərkəzindəki Barangay Əlavəsində təxminən 70.000 insan yaşayır. Buranın paytaxtın ən sıx məskunlaşdığı ərazilərdən biri olduğunu deyən Sernal bu cür addımların ölkənin digər bölgələrində də atıla biləcəyini bildirib.
Rəsmi rəqəmlərə görə, fevralın 1-nə ölkədə 28 234 dang qızdırması halı aşkar edilib. Bu xəstəlik Dange virusunu daşıyan dişi “Aedes” ağcaqanadlarının dişləməsi ilə və tropik və subtropik bölgələrdə ən çox yayılan viral infeksiyadır. Sümük ağrısı, yüksək hərarət, ürəkbulanma və səpki kimi simptomlara səbəb olan infeksiya ağır hallarda ölümcül daxili qanaxmaya səbəb ola bilər.