vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DÜNYA  
15:46 | 1 mart 2025 | Şənbə Məqaləyə 121 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dehli siyasətini dəyişdirməyəcək

Brüssel isə bununla kifayətlənmək istəmir

Elxan ŞAHİNOĞLU

Beynəlxalq aləm Ağ Evdə ABŞ və Ukrayna Prezidentləri arasındakı qalmaqalı müzakirə edərkən, Brüssel Amerikanın asılılığından qurtulmağın yollarını arayır. Bunun yollarından biri fərqli bazarlara çıxış imkanlarını genişləndirməkdir. Avropa Birliyinin (AB) nümayəndə heyətinin Hindistana səfəri məhz bu məqsədə xidmət edib. AB bu il ərzində Hindistanla azad ticarət sazişi bağlamağa çalışacaq. Hindistan 2004-cü ildən Avropa Birliyinin strateji tərəfdaşı statusuna malikdir.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Dehlidə Hindistanın baş naziri Narendra Modi ilə görüşdən sonra nikbin açıqlama verərək Brüsselin Dehli ilə imzalayacaq gələcək sazişi dünyada bu tip ən böyük sövdələşmə kimi qiymətləndirib. Dehli ilə Brüssel arasında saziş barədə danışıqlar 2007-ci ildən başlanıb. Danışıqlarda müəyyən fasilə yarandıqdan sonra təmaslar 2022-ci ildə yenidən bərpa olunub. Narendra Modi açıqlama verərək, 2025-ci ildə Brüssellə müvafiq sazişin imzalanması üçün hökumət üzvlərinə tapşırıq verildiyini bildirib. Buna qədər isə Brüssel və Dehli yaşıl enerji, yarımkeçiricilər, süni intellekt sahəsində əməkdaşlığı genişləndirməyə qərar veriblər.

Dehli Brüssellə əməkdaşlığın inkişafına əhəmiyyət verir. Ticarət əlaqələrinin həcmi də bundan xəbər verir. 2023-2024-cü illərdə Avropa Birliyi ilə Hindistan arasında ticarət mübadiləsinin həcmi 138 milyard dollara yaxın olub. Ümumiyyətlə Hindistanla Avropa İttifaqı arasında ticarət mübadiləsi son illərdə 90 faiz artıb.  Hindistan Avropa Birliyi üçün ən böyük bazarlardan biridir. Brüssel bununla kifayətlənmək istəmir.

Avropa Birliyi Hindistanla ticarəti daha da artırmaq məqsədilə Dehlinin avtomobillərə və şərablara tətbiq etdiyi yüksək tarifləri azaltmasını istəyir. Bu Avropa Birliyinin Çin bazarından asılılığını azalda bilər. Avropa İttifaqı Hindistanla təhlükəsizlik sahəsində də əməkdaşlığın genişlənməsini arzulayır. Brüssel Dehli ilə kibertəhlükələr, Cənubi Çin dənizi və Hind-Sakit okean regionu da daxil olmaqla tərəfdaşlığı gücləndirməkdə maraqlıdır. Brüssel eyni zamanda Hindistanın Ukraynanın təhlükəsizliyi üçün “sülh və ədalətli razılaşma”nı dəstəkləməsini istəyir. Brüsselin bu istəyinə baxmayaraq, Dehli Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Digər tərəfdən Dehli Vaşinqtonun siyasətini diqqətdə saxlayır. Əgər Vaşinqton Rusiyaya qarşı sanksiyaların yumlaşmasına çalışacaqsa, Dehlinin Rusiyaya qarşı sanksiya tətbiqinin mənası olmayacaq. Narendra Modi ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirməsi təşəbbüsünü dəstəkləyir. Dehli kiminsə xeyrinə seçim etmək istəmir. Dehlinin həm ABŞ və Avropa Birliyi, həm də Rusiya ilə əməkdaşlığı mövcuddur. Dehli bu siyasətini dəyişməyəcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)