vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
22:48 | 1 mart 2025 | Şənbə Məqaləyə 136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaşlanan Yaponiyanın çarəsi robotlar

Qocaların qayğısına süni intellekt qalacaq

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Sərt immiqrasiya siyasəti, aşağı doğum göstəriciləri və əmək qabiliyyətli əhalinin sayı azalan Yaponiyada yaşlılara qulluq etmək üçün robotlar hazırlanır.

Vaseda Universitetində jurnalistlərə süni intellektlə işləyən robotun arxası üstə uzanmış adamı yumşaq bir şəkildə böyrü üstə çevirə bilməsi göstərilib.

Bu hərəkətin yataq yaralarının qarşısını alacağı və uşaq bezlərinin dəyişdirilməsində faydalı olacağı bildirilib.

150 kiloqramlıq insanabənzər robotun adı “AİREC”dir. Bu prototip yaşlıların qayğısına qalmaq üçün hazırlanır.

Dövlət tərəfindən dəstəklənən layihənin rəhbəri Şiqeki Suqano, “Yüksək inkişaf etmiş cəmiyyətimiz yaşlandıqca və doğumlar azaldıqca, həm yaşlılarda, həm tibbi xidmətdə, həm də gündəlik həyatımızda robotların dəstəyinə ehtiyacımız olacaq”, – deyib.

Suqano, insanlarla əlaqə quracaq robotların daha ağıllı və həssas olması lazım olduğuna diqqət çəkib: “Bütün dünyada insanabənzər robotlar hazırlansa da, insanlarla nadir hallarda birbaşa təmasda olurlar. Onlar fabriklərdə işləyirlər və ya ev işləri görürlər. İnsanlar tənha qaldıqda, robotların təhlükəsizlik və hərəkətlərini hər bir insana necə uyğunlaşdıracaqları da işə düşür”.

Suqanonun komandasının robotu “AİREC” insana ayağa qalxmağa və corab geyinməyə kömək edə bilir. Çamaşırları qatlamaq və yumurta bişirmək kimi üstünlükləri də var.

Lakin alim təxminən 2030-cu ilə qədər “AİREC”in ictimaiyyətə təqdim olacağını gözlədiyini və bunun 10 milyon yen (təxminən 113 min manat) dəyərində olacağını da deyib.

Yaponiya ciddi əhali böhranı yaşayır. Daxili İşlər və Rabitə Nazirliyinin aprel ayında açıqladığı məlumatlara görə, son 13 ildə ölkədə əhalinin sayı azalıb.

Doğuş göstəricilərini artırmaq üçün dörd günlük iş rejiminə keçmək kimi fövqəladə tədbirlər görülür.

II. İkinci Dünya Müharibəsindən sonra 1947-1949-cu illərdə doğulan “baby bumer” nəslinin 75 yaşdan yuxarı olduğunu və 2024-cü ildə doğulan körpələrin sayının 9 il dalbadal azaldığını nəzərə alsaq, qocalara qulluq edəcək kadr tapmağın çətinliyini başa düşmək olar.

Dekabr ayında qayğı sektorunda açılan hər 4,25 işə yalnız bir nəfər müraciət edib.

Son illərdə ölkədə əməkçi miqrantların sayı artsa da, 2023-cü ildə bu, cəmi 57 min nəfər idi. Bu o deməkdir ki, əcnəbilər işçi qüvvəsinin 3 faizindən azını təşkil edir.

“Biz çətinliklə başımızı suyun üstündə saxlayırıq. 10-15 ildən sonra vəziyyət daha da acınacaqlı olacaq. Texnologiya bunun qarşısını almaq üçün ən yaxşı şansı təqdim edir” deyə yaşlılara qayğı göstərən Zenkoukai şirkətinin direktoru Takaşi Miyamoto deyib.