vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
20:59 | 6 mart 2025 | Cümə axşamı Məqaləyə 211 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Biz futbolu harada oynayırıq?

Başdan-ayağa sualdan ibarət statistika

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Statistika Komitəsinin 2024-cü ilə olan hesabatına əsasən, Azərbaycanda 192 stadion var. Bunlardan 67-si tutumu 1 500 və daha çox tutumu olan, 125-i isə tutumu 1 500 və daha az olanlardı.

Maraqlı rəqəmlərdi.

Bununla yanaşı, ölkəmizdə 45 Olimpiya idman kompleksi fəaliyyət göstərir. Bunlardan neçəsində standarta uyğun meydança var, qeyd olunmayıb. Qurğular barədə başqa statistikalar da var, amma o qədər də vacib deyil.

Yuxarıda qeyd etdiyim statistika cavabdan çox sual yaradır. Məsələn, tutumu 1 500-dən çox olan bu 67 stadion hardadır, hansıdır? Niyə bunun heç yarısını biz tanımırıq? Yaxud digər 125 arenada kimlər oynayır, ümumiyyətlə, orda futbol oynanırmı? Həmin 67 böyük stadion həqiqətən varmı, yəni sənəddə olduğu kimi funksionallığı da qalıbmı? Yerində bina tikiblərmi, yaxud tikməyi planlaşdırıblarmı? 125 kiçik stadion sadəcə ad olaraq qalıbmı, ərazisində mal-qara otarırlarmı? Qumdur, palçıqdır, asfaltdır, süni örtükdü, düzdü, əyridir?

Suallar çoxdur.

Bu rəqəmləri ümumi götür-qoy edəndə Azərbaycanda 200 civarında böyük futbol oynamağa uyğun gələn məkan olduğu görünür. Ölkə reallığını nəzərə alsaq, bunun maksimum yarısı “ələ gələn” vəziyyətdə olduğuna ümid edə bilərik. Yəni uzağı 100 stadion.

Bəs bu 100 stadionda kimlər oynayır?

10 Premyer Liqa, 10 I Liqa, 14 də II Liqa klubları. Üç gün əvvəl püşkü atılan Region Liqasında da 54 komanda mübarizəyə qoşuldu. Bir sıra komandaların eyni stadionda oynadığını nəzərə alsaq, maksimum 70-75 arenada futbol oynanır ki, bu da 10 milyonluq ölkə üçün böyük rəqəm sayıla bilməz. Heç 200 də çox deyil. Aktiv olsalar, yenə müəyyən qədər razı qalmaq olar.

Futbol oynamaq istəyirik, amma yerimiz yoxdur. Öncə bundan başlamalıyıq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)