

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
İranda düşünürlər ki, Rusiya və Çinlə fəaliyyət hərbi əməliyyatdan çəkindirəcək
ABŞ-ın NATO-dan çıxmasına cavab: “Əlimizi cibimizə qoymağa hazır olsaq, seçimlərimiz var”
Rusiyanın Ukraynanın şərqinə endirdiyi hava zərbələrdə yanğınsöndürəni vurublar
Fransanın nüvə potensialı ABŞ-a alternativ ola bilərmi, Almaniya nüvə silahı ilə bağlı qapıları açıq qoyur
Brüsselin qərarına Rusiyadan reaksiya gəldi
Britaniyada üç bolqar Rusiyaya casusluqda ittiham olunub
Anlaşmaya qədər ...
Rusiya Ukraynanın enerji və qaz infrastrukturunu hədəfə alır
Putin Makronu Rusiyanı “təhlükə” olaraq gördüyünə görə tənqid etdi
Böyük ölkələrin getdikcə praqmatikləşdiyi dünyada kiçik ölkələrin hələ vaxtı var
XVI əsrin sonuna qədər Rusiyada Rürikoviçlər sülaləsinin Daniloviç qolu hakimiyyətdə idi. Bu qol Aleksandr Nevskinin kiçik oğlu Daniildən gəlirdi. Onun son hökmdarı I Fyodr İvanoviç (IV İvan Qroznının oğlu) 1598-ci ildə öldü. Onun övladı yox idi. Bununla Rusiya tarixində “Smutnoye vremya” – Qarışıqlıq dövrü başladı (Xilafətdə Fitnə, Osmanlıda Fetret dövrü kimi).
Zadəgan və runahilərdən ibarət Zemski sobor I Fyodrun qaynı Boris Qodunovu çar seçdi. O, 1605-ci ildə öləndə yerinə 16 yaşlı oğlu II Fyodr çıxdı. O da iki ay keçməmiş devrildi və öldürüldü, Yalançı Dmitri (onun haqqında sonra yazacam) taxta çıxdı. Amma o da bir il sonra devrildi və öldürüldü. Taxta Rürikoviçlərin Suzdal qolundan olan IV Vasili Şuyski çıxdı. Onu da 1610-cu ildə devirdilər. Rusiya Polşa krallığından asılı vəziyyətə düşdü. Kralın böyük oğlu Vladislav Rusiya çarı elan edildi.
1611-ci ildə Minin və Pojarskini rəhbərliyi altında üsyan baş verdi. Üsyançılar 1612-ci ilin oktyabrında Moskvanı tutdular və polyakları qovdular.
Bundan sonra hökmdar taxtına kimin oturacağı sualı yarandı. Sonda Romanovların üzərində dayandılar. Bu ailədən Anastasiya Romanovna yuxarıda adını çəkdiyim I Fyodr İvanoviçin anası idi. Zemski sobor 1613-cü il fevralın 21-də Romanovlardan Mixail Fyodroviçi çar seçdi.
1917-ci ildə Fevral inqilabı nəticəsində devrilənə qədər Romanovlar sülaləsindən 18 nəfər taxtda oturdu (onlar 1721-ci ilə kimi çar, sonra isə imperator titilunu daşıyırdılar; bununla belə, çar, çarizm terminləri monarxiyanın sonuna qədər işləndi).
Sülalənin birbaşa qolu 1762-ci ildə tükəndi. Həmin il vəfat edən övladsız imperatriçə Yelizaveta Petrovnanın taxt-tacı bacısı oğlu, atası Prussiyada Holşteyn-Qottorp hersoqu olan Karl Peter Ulrixə (III Pyotr) vəsiyyət etdi. Əslində bundan sonrakılar Holşteyn-Qottorp sülaləsi sayılmalı idi, amma yenə də Romanovlar adlanırdı.
Romanovlar sülaləsinin 300 illiyi bağlı təntənələr sırasında böyük amnistiya aktı da imzalandı. Birinci rus inqilabında (1905-1907-ci illər) fəal iştirakına görə təqib edilən və buna görə ölkəni tərk edərək əvvəlcə İranda, sonra Türkiyədə yaşayan Məhəmməd Əmin Rəsulzadə də həmin amnistiyadan sonra Bakıya qayıtdı.