vaxtlı-vaxtında oxuyun! Bazar, 29 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
12:58 | 2 iyul 2014 | Çərşənbə Məqaləyə 2442 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2014-2020-nin yeni birliyi - «Horizon-2020»

Artıq 10 ölkə bu proqrama qoşulmuş oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

5 Qərbi Balkan ölkəsi (Albaniya, Bosniya və Hersoqovina, sabiq Yuqoslaviya Respublikası olan Makedoniya, Çernoqoriya, Serbiya) və Moldova bu gün Avropa İttifaqının (Aİ) yeni 7 illik «Horizon-2020» elmi-tədqiqat və innovasiya proqramını imzalayıb. 6 ölkə Assosiasiya Müqavilələrini Brüsseldə Avropa Komissiyasının elmi-tədqiqat və innovasiya proqramları üzrə baş direktoru Robert-Jan Smit ilə birlikdə imzalayıb. Həmin ölkələrin hər biri «FP7» (Aİ-nin elmi-tədqiqat və qabaqcıl texnologiyaların inkişafı üzrə 7-ci struktur proqramı) vasitəsilə Aİ ilə elmi-tədqiqat və innovasiya üzrə əməkdaşlıq təcrübəsinə malikdir. Qeyd olunan ölkələr həmin təcrübə əsasında «Horizon-2020» proqramına qoşulublar.


Aİ-nin elmi-tədqiqat, innovasiya və elm məsələləri üzrə komissarı Mare Gegin-Kuin (Máire Geoghegan-Quinn): «Bu gün imzalanmış müqavilələr Aİ-nin və həmin ölkələrin xeyrinədir. Elmi-tədqiqat və innovasiya üzrə əməkdaşlığın artırılması inkişaf, rəqabətə davamlılıq və iş yerlərinin yaradılması baxımından yeni imkanlar yaradacaq. Assosiasiya «Horizon -2020» proqramında qabaqcıl alimlərin yerdəyişməsini asanlaşdıracaq. Milli elmi-tədqiqat sistemlərini gücləndirəcək və ölkələrin «Avropa Elmi-tədqiqat Zonası»na inteqrasiyasına kömək edəcək».

6 ölkə üzrə tədqiqatçılar, şirkətlər və tədqiqat üzrə digər əməkdaşlar indiyədək Aİ-nin tədqiqat layihələri və şəbəkələrində uğurla iştirak ediblər. Bu ölkələrin proqrama eyni vaxtda qoşulması regional əməkdaşlığı artıracaq. «Horizon-2020» proqramından maksimum yararlanmaq üçün bu ölkələr «FP7» təcrübələrindən istifadə etməli, milli elmi-tədqiqat və innovasiya imkanlarını artırmalıdırlar. Xırda və orta müəssisələrin iştirakı hələlik məhdud olsa da, tədqiqat və innovasiya proqramında iştirak edən kiçik müəssisələrin sayı getdikcə artır. Bu isə «Horizon-2020» proqramında uğurlu iştirakın başqa bir nümunəsidir. Proqramda laboratoriyadan tutmuş bazara kimi diqqət bütün innovasiya tədbirlərinə yönəlib.

Assosiasiya müqavilələri 2014-cü ilin yanvar ayının 1-dən «retroaktiv» şəkildə qüvvəyə minəcək. 5 Qərbi Balkan ölkəsinin və Moldovanın tədqiqat və innovasiya qurumları dərhal «Horizon-2020» proqramının maliyyələşmə imkanlarından istifadə edə biləcəklər. «Horizon-2020» proqramı 2014-2020-ci illəri əhatə edəcək.

Qeyd edək ki, bugünkü imzalama mərasimindən sonra artıq 10 ölkə «Horizon-2020» proqramına qoşulmuş oldu.

Qısa arayış

Müqavilələri altı ölkə üzrə aşağıdakı nümayəndələr imzalayıblar:

Albaniya: Təhsil, Mədəniyyət və İdman naziri, Lindita NİKOLLA

Bosniya və Herseqovina: Aİ səfiri və Aİ-nin Bosniya və Herseqovina missiyasının rəhbəri H.E. İqor DAVİDOVİÇ

Makedoniya (sabiq Yuqoslav Respublikası): Təhsil və Elm naziri, Abdilaqim ADEMİ

Çernoqoriya: Təhsil naziri, professor Sanja VLAXOVİÇ

Serbiya: Təhsil, Elm və Texnologiyalar naziri, elmlər doktoru Srdjan VERBİÇ

Moldova: Moldova Milli Elmlər Akademiyasının prezidenti, Georgi DUKA

 

Yuxarıda qeyd olunan ölkələrin Aİ-nin elmi-tədqiqat və qabaqcıl texnologiyaların inkişafı üzrə 7-ci struktur proqramda (FP7) iştirakı:


Ölkələr

İştirak etdiyi layihələrin sayı

Aİ-dən maliyyələşmə (milyon avro ilə)

Albaniya

35

2,4

Bosniya və Herseqovina

45

3,1

Sabiq Yuqoslav Respublikası, Makedoniya

105

11,5

Çernoqoriya

52

4,2

Serbiya

307

53,9

Moldova

55

3,9