
Həftədə 48 saatlıq iş
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
(İkinci yazı)
Səsyazma təsadüfən olubsa da məhv edilməyib
Robert Heybek gələcəkdə nə iş görəcək? Bu, getdikcə daha da aydınlaşır. Amma Bundestaqda qalıb-qalmayacağı hələ bəlli deyil.
Almaniyanın keçmiş iqtisadiyyat naziri Robert Heybek xaricə – Danimarkaya köçür. Yaşıllar Partiyasının siyasətçisi Kopenhaqda yerləşən Danimarka Beynəlxalq Araşdırmalar İnstitutunda işləmək istəyir. Bundan əlavə, o, Avropa xaricində müxtəlif universitetlərdə professorluq mühazirələr demək və müxtəlif tədbirlərdə çıxışçı kimi sərbəst fəaliyyətlər planlaşdırır. Verilən məlumata görə, bu planlar artıq reallaşıb. Danimarka dilini bilən 55 yaşlı keçmiş nazir təhsilinin bir hissəsini Danimarkada almışdı.
Almaniya hökuməti buna qarşı çıxmayıb. Yaxın mənbələrin verdiyi məlumata görə, Heybekin vəzifəsini davam etdirib-etdirməyəcəyi hələ məlum deyil. O, Xarici İşlər Komissiyasının üzvüdür və parlamentdə “Flensburg-Schleswig” dairəsini təmsil edir. Oktyabr ayından etibarən “Habeck canlı” adlı çıxışlar silsiləsi ilə “Berliner Ensemble” teatrında iştirak etməyi planlaşdırırdı.
***
İyun ayında Heybek ilə ABŞ-ın nüfuzlu “Berkeley” Universiteti arasında qonaq müəllimlik barədə aparılan danışıqlar ictimaiyyətə açıqlanmışdı. Federal Seçkilərdə Yaşıllar Partiyasının yalnız 11.6 faiz səs toplaması ilə məyusedici nəticə göstərməsindən sonra, kanslerliyə namizəd olan Heybek partiyasının ön sıralarından geri çəkildiyini elan etmişdi. Lakin o, Bundestaqdakı deputat mandatını qəbul etmişdi.