Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:21 | 10 iyul 2025 | Cümə axşamı
Məqaləyə 218 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Prezidenti Donald Trampın Liberiya liderinin ingiliscəsini tərifləməsi Qərbi Afrika ölkəsində narazılıq doğurub. Rəsmi dili İngiliscə olan sabiq ABŞ koloniyası olan Liberiyanın prezidentinə bu şəkildə kompliment edilməsi, bir çoxları tərəfindən "alçaldıcı" ifadə kimi qiymətləndirilib.
“CNN International”ın məlumatına görə, Tramp bu fikirləri ötən gün Ağ Evdə bir neçə Afrika ölkəsinin lideri ilə keçirilən görüş zamanı səsləndirib. Liberiya Prezidenti Cozef Boakai ilə dialoq zamanı Tramp onun ingiliscəsini tərifləyərək belə deyib: “Çox gözəl bir ingiliscə... Bu qədər yaxşı danışmağı harada öyrəndiniz?”
Boakai suala təmkinlə cavab versə də, Tramp heyrətini gizlədə bilməyib və əlavə edib: “Bu masada sizin qədər yaxşı danışa bilməyən insanlar da var.”
***
Liberiya 1847-ci ildə müstəqillik qazanaraq Afrikada bunu edən ilk respublika olub. 1862-ci ilə qədər ABŞ tərəfindən tanınmayan ölkənin rəsmi dili ingiliscədir. Qeyd edək ki, Liberiya, ABŞ tərəfindən köləlikdən azad edilmiş afroamerikalıların məskunlaşdırılması məqsədilə yaradılmışdı.
Sosial mediada və ictimaiyyət arasında Trampın bu sözlərinə etiraz dalğası yüksəlib. Liberiyalı gənc fəal Arçi Tamel Harris CNN-ə deyib ki, “Bizim ölkə rəsmi olaraq ingiliscə danışır. Bu sual və vurğulama bizim kimliyimizi və təhsil səviyyəmizi kiçik görməkdir. Bu bir tərif yox, cahil bir yanaşmadır.”
Adının açıqlanmasını istəməyən liberiyalı diplomat da bu sözləri "uyğunsuz və aşağılayıcı" hesab etdiyini söyləyib.
Cənubi afrikalı siyasətçi Veronika Mente isə “X” platformasında sərt reaksiya verərək yazıb: “O (Boakai) niyə durub getmədi?”
***
Ağ Ev isə yaranan qalmaqala cavab olaraq Trampı müdafiə edib. Mətbuat katibinin müavini Anna Kelli bildirib ki, Trampın sözləri “səmimi bir tərif” kimi nəzərdə tutulub. O əlavə edib ki, Tramp “qlobal sabitlik üçün Baydendən daha çox iş görüb”.
Liberiyanın xarici işlər naziri Sara Beysolou Nyanti isə CNN-ə açıqlamasında Prezident Boakainin bu ifadəni şəxsi hücum kimi qəbul etmədiyini bildirib: “Tramp sadəcə özünə tanış olan amerikan aksentini eşidib və buna reaksiya verib. İngiliscənin fərqli aksent və formaları var, bu da onlardan biridir”.