

“Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı da keçirilib
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
Aprel şəhidinin övladı atasının arzusunu yerinə yetirdi
V qrup 26709 abituriyent üzrə biliyini sınayacaq
Magistatra imtahanı iyunun 4-də keçiriləcək
Qəbul imtahanlarında 700 bal toplayan abituriyentləri siz də tanıyın
Qəbul imtahanının nəticələri açıqlandı
Azərbaycanda ali məktəblərə sənəd qəbulu başladı
«Qafqaz və Təfəkkürün ardınca, digər lazım olmayan universitetlər də bağlanmalıdır»
Diplomların Türkiyədə qəbul edilmədiyinə görə
«Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib»
TQDK-nın keçmiş əməkdaşından Məleykə Abbaszadənin yuxusunu qaçıracaq açıqlama
Abituriyentlərin suallarının cavablandırmaq üçün bütü mümkün vasitələrdən istifadə olunub
Bütün ali məktəblərdə tələb eynidir, birinci il ...
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəmiş abituriyentlərin ixtisas seçimi sabah bitir. 35815 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək, öz elektron ərizəsini təsdiqləyib. Builki imtahanlarda maksimum nəticə göstərmiş (700 bal) abituriyentlər Modern.az-a artıq ixtisas seçimi etdiklərini bildiriblər:
Bakıdakı «Dədə Qorqud» Liseyinin məzunu Məmməd Hacılı (I qrup): «Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsini seçmişəm».
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Samir Rzayev (II qrup): «Azərbaycan Diplomatik Akademiyasının (ADA) biznesin idarəedilməsi ixtisasını seçmişəm».
Bakıdakı 289 nömrəli orta məktəb - «Zəngi» Liseyinin məzunu Könül Qurbanlı (I qrup): «ADA-nın informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçmişəm»
Bakıdakı «Zəkalar» Liseyinin məzunu Qoşqar Qədimbəyli (II qrup): «ADA-nın beynəlxalq iqtisadi münasibətlər ixtisasını seçmişəm».
Bakıdadakı Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov (I qrup): «Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyini seçmişəm».
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Fatimeyizəhra Nəbizadə (I qrup): «Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsini seçmişəm».
Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə (IV qrup): «Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçmişəm».
Bakıdakı 287 nömrəli «Zəkalar» Liseyinin məzunu Nurlan Quluzadə (I qrup): «ADA-nın İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçmişəm».
Ağsu şəhər 1 nömrəli tam orta məktəbin məzunu Nicat Qasımov (IV qrup): «Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçmişəm».