Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:23 | 7 iyul 2017 | Cümə
Məqaləyə 2877 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
ABŞ dövlət katibi Tillerson Ukrayna üzrə xüsusi nümayəndə təyin edib. Bu missiya üçün seçilən şəxsin kimliyi ABŞ-ın hazırkı administrasiyasının yaxın dövrdə Ukrayna ilə bağlı siyasəti barədə fikir yürütməyə əsas verir. Xüsusi nümayəndə vəzifəsinə ABŞ-ın NATO-dakı keçmiş səfiri, Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq əməkdaşı, Arizona Universiteti nəzdində beynəlxalq liderlik üzrə Makkeyn İnstitutunun direktoru Kurt Volker təyin edilib.
Bu təyinat faktının özü ABŞ-ın Ukrayna məsələsinə verdiyi önəmin göstəricisidir, çünki Tramp seçiləndə belə fikirlər var idi ki, Ukrayna, Gürcüstan, ümumiyyətlə, postsovet məkanı onu maraqlandırmır və bu region Putinlə bazarlıqda ona güzəştə gediləcək. (Bəlkə də Tramp şəxsən özü bu düşüncədə idi, lakin ABŞ-da prezident heç də hakimi-mütləq deyil. Trampa lazımi «korrektirovka» verildi və verilir.)
K.Volker yüksək profilli diplomat olmaqla bərabər, Rusiyaya münasibətdə kifayət qədər sərt mövqeyi ilə tanınır. (Con Makkeyn xətti.) O, Ukraynaya müasir silahlar verilməsi və gələcəkdə bu ölkənin NATO-ya üzv qəbul edilməsinin tərəfdarıdır. Yeri gəlmişkən, iyulun 9-da NATO baş katibinin rəhbərliyi ilə ittifaqın qərarverici orqanı – Şimali Atlantika Şurasının üzvləri Ukraynaya səfər edəcək. Kiyevdə Ukrayna-NATO Komissiyasının toplantısı keçiriləcək və alyansın yeni ofisi açılacaq. Eyni gün ABŞ dövlət katibi Reks Tillerson da Kiyevdə olacaq. Yaxın həftələrdə ABŞ müdafiə naziri Mattis də Ukraynaya səfər edəcək və iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sənəd imzalanacaq.
İyulun 31-də isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstana səfər edəcək, rəsmi görüşlərdən əlavə ABŞ (NATO) - Gürcüstan birgə hərbi təlimlərini izləyəcək.
Gürcüstan və Ukraynanın avroatlantik təşkilata (NATO) inteqrasiyasında ciddi sürətlənmə göz önündədir. Vaşinqtonun postsovet məkanını Rusiyanın nüfuz dairəsi kimi tanımayacağı da ortadadır. Ukrayna və Gürcüstan öz yolunu seçib və artıq tunelin ucunda işığı görməyə başlayıblar. Biz isə hazırda tamamilə dalana dirənmişik və vurnuxuruq...