Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
12:45 | 26 fevral 2018 | Bazar ertəsi
Məqaləyə 2280 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
Yaxın Şərqi tezliklə daha dağıdıcı və daha böyük münaqişə bürüyə bilər. Virtualaz.org xəbər verir ki, belə qənaətlə «The National İnterest» dərgisinin ekspertləri çıxış ediblər. Ekspertləri qənaətinə görə İranla İsrail arasında getdikcə artmaqda olan gərginlik elə gələn il birbaşa hərbi toqquşmaya gətirib çıxara bilər.
İran artıq indidən regionda böyük fəallıq nümayiş etdirir. İnqilab Keşikçiləri korpusu Suriyadakı müharibədə iştirakçıdır. İran Suriyada öz hərbi iştirakını möhkəmləndirir və orada uzunmüddətli hərbi bazalar yaratmağa çalışır. O cümlədən öz raketlərini İsrailə mümkün qədər yaxınlaşdırmağa can atır. İran habelə Livanda «Hizbullah»a dətək verir.
Fevralın ikinci yarısında İranla İsrail arasında ilk birbaşa hərbi toqquşma baş verdi. İran pilotsuz aparatının İsrail hava sahəsinə daxil olmasına cavab olaraq İsrail aviasiyası Suriya ərazisində İran hədəflərinə güclü zərbələr endirdi. Ekspertlər hesab edir ki, əgər vəziyyət bu cür gərginləşməyə davam etsə İranla İsrail arasında müharibə elə 2019-cu ildə başlaya bilər.
Digər tərəfdən İran daxilində də vəziyyət gərgindir və ölkə rəhbərliyi hakimiyyətdən artan narazılığı səngitmək üçün xarici düşmənlə hərbi münaqişəyə əl ata bilərdi.
Xatırladaq ki, İsrail rəhbərliyi İranın Suriyada hərbi iştirakına yol verməyəcəyini və zərurət yaransa bu ölkəyə birbaşa hərbi zərbələr endirəcəyini dəfələrlə bildirib.