Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
09:57 | 5 iyun 2022 | Bazar
Məqaləyə 1094 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Türkiyə “Gökdoğan” (uçuş məsafəsi 65 km) və “Bozdoğan” (uçuş məsafəsi 25 km) raketlərinin kütləvi istehsalına hazırlaşır. Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) nəzdində fəaliyyət göstərən Türkiyə Müdafiə Sənayesi Araşdırma İnstitutunun (SAGE) rəhbəri Gürcan Okumuşun sözlərinə görə, aktiv radiolokasiyalı özütuşlama sistemi ilə təchiz edilmiş raketlərin seriyalı istehsalına hazırlıq son mərhələdədir.
O qeyd edib ki, hazırda yerüstü, həmçinin təyyarədən buraxılış sınaqları həyata keçirilir.
“Türkiyə son illərdə dərin eşelonlu hava hücumundan müdafiə sistemlərinin inkişafında əhəmiyyətli irəliləyişlər əldə edib. Yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemləri üzrə layihələrin bir hissəsi üzrə işlər yekunlaşıb və yeni təşəbbüslər həyata keçirilir. Digərləri arasında Türkiyə hava məkanınındərin eşelonlu hava hücumundan müdafiə sisteminin mühüm komponentinə çevriləcək “hava-hava” raketləri hazırlanır”, – G.Okumuş vurğulayıb.
O xatırladıb ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin arsenalına xarici istehsal olan “AIM120”, “AIM-9X” və s. raketləri daxildir.
“Yerli “hava-hava” sinifli raketlərinin işlənib hazırlanması təyyarələri öz döyüş sursatlarımız ilə təchiz etməyə imkan verəcək. Bundan əlavə, bu raketlər əsasında qurudan və dənizdən hədəfləri vurmağa qadir olan digər sinif sursatların hazırlanması da planlaşdırılır”, – o əlavə edib. (Trend)