
Həyat üçün təhlükə qidalar
Qida təhlükəsizliyi mütəxəssislərindən kritik xəbərdarlıq
Qida təhlükəsizliyi mütəxəssislərindən kritik xəbərdarlıq
Məhsullar kiçilir, qiymətlər artır
İranda ərzaq məhsulları hər saat bahalaşır
Britaniya hökumətinin çətin günləri
Dünya ərzaq təhlükəsizliyi baxımından həddindən artıq çətin il yaşayır
Ötən ay 100 milyon dollara yaxın qiymətdə məhsul idxal olunub
Yavaş qidalanmaqla həyat tərzini yaxşıya doğru dəyişmək mümkündür
Hər il dünya boyu istehsal olunan ərzağın 30 faizi tullanılır
Dünyada 700 milyondan çox ac insanı yedirdilməsi mümkün olan ...
Vaxtı ötmüş məhsulların istehsal və yararlılıq tarixi dəyişdirilir
Mütəxəssislər deyir ki, qurumun fəaliyyəti Azərbaycanın qida sektorunu inkişaf etdirəcək
Bazardakı hökmran mövqe və inhisarçılıq...
Onda insanlar yalnız həftədə bir dəfə heyvani qidalar yemək qənaətinə gələcək
Yaxud firmaların hədiyyəli kampaniyalarının arxasından görün nələr çıxır...
Un məhsulları da həmçinin ...
Nələrə diqqət etməli?
Prezident İlham Əliyevin qlobal ərzaq böhranı ilə bağlı söylədikləri əbəs deyil. Adətən ərzaq təhlükəsizliyini tam təmin etmək istəyən bütün dövlətlərin, eləcə də Azərbaycanın tam iki yol vardı. Bacardığını özü istehsal edir, istehsal edə bilmədiyini xaricdən idxal edir. Bu günə qədər bütün ölkələrdə ən geniş yayılmış üsul da elə bu üsul idi.
Amma indi vəziyyət dəyişib.
Əvvəlki vaxtlarda ölkələrin problemi pul problemi idi. İndi daha pis, daha ciddi problem yaranıb. Pul olsa belə lazım olan ərzaq məhsullarını əldə etmək inanılmaz çətinliyə çevrilib. Siyasətçi və iqtisadçılar bu problemə “qlobal ərzaq böhranı” deyir.
Əgər ehtiyat valyutamız olduğu halda almağa məhsul problemi yaşayırıqsa, onda çıxış yolu öz istehsalımızı dərhal yaratmaqdır. Həm də bu məsələ son dərəcə aktual və yeganədir.
Ərzaq təhlükəsizliyini təmin edə biləcək istehsalı yaratmaq isə hazırkı məqamda çox çətindir, amma qeyri-mümkün deyil. Bunun üçün düşünülmüş, çox ciddi qərarlar verilməlidir.
Torpaqların təyinat məsələsinə elmi əsaslandırma ilə yenidən baxılmalıdır. Kənd təsərrüfatı sahələrində əkin sahələrinə dair fərqli strateji yanaşma olmalıdır. Elə kənd təsərrüfatı sahələri vardır ki, onlar bu və ya digər istiqamətlər üzrə faydalı olsa da, amma ərzaq təhlükəsizliyində birbaşa fayda verə bilmir. Məsələn, pambıqçılıq təsərrüfatlarının yaradılması üçün kifayət qədər torpaq resursları və su resursları sərf edilir, lakin pambıq ölkənin ərzaq təhlükəsizliyində birbaşa rola malik deyildir. Amma bu işə ciddi həcmdə torpaq resursları sərf edilir. Belə torpaq resurslarını ərzaq təhlükəsizliyimizdə birbaşa iştirak edən məhsulların istehsalına yönəltməliyik. Hansı ki bu məhsulları idxal etmək ciddi bir problemdir (satan yoxdur).
Bir sözlə, hazırda ərzaq təhlükəsizliyimiz üçün ən vacib addım torpaqların təyinatı haqqında yenidən düşünməkdən başlamalıdır.