
“Bizə dəyməyin, dəyməyin”
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Hikmət Hacıyev: “Ermənistan ərazisindən keçən marşrutun nə qədər rentabelli olduğunu göstərməlidir”
Hikmət Hacıyev: “Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır”
... Yaxud Vilayəti İranın gücünü çox şişirdib
AB-NATO üzvü Fransanın Gorusda konsulluq açmasına səsini çıxarmayan Tehranın xoruzlanmağı
... Yaxud Zəngəzur dəhlizinə nəzarət uğrunda geosiyasi rəqabət
“Tədarüküm etdiyimiz məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik”
“Zəngəzur dəhlizi”nə qarşı birləşdilər; reallaşarsa, Azərbaycan və Türkiyənin önəmi qat-qat artar
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
Zəngəzur öldü var döndü yox məsələsidir
İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsinə hər addımbaşı eyham vurulur
“Əgər münaqişə yoxdursa, Minsk Qrupunun buraxılması ilə razılaşırıq”
Ermənistan baş naziri maneəsiz dəhlizə ayrı “ad” vermək istəyir?
Hakim partiyanın sülh müqaviləsi imzalamaqdan başqa şansı yoxdur
Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılmasında yeni mərhələyə keçdiyini açıq şəkildə bəyan edir
Regional təsirlər və geosiyasi reallıqlar
İran mediasından qısqanc yanaşma: “Aydındır ki, Zəngəzur dəhlizinin işə salınması və Avrasiya məkanında əsas yükdaşıma marşrutuna çevrilməsi İranın geoiqtisadi maraqlarına ziddir”.
“Fardaye Eghtesad” saytının xəbərinə görə, İran Ticarət Palatasının Araşdırma Mərkəzi yeni hesabatında Azərbaycanın nəqliyyat sahəsindəki planlarını və onun İranın maraqlarına təsirini araşdırıb.
Qazaxıstan Prezidenti Azərbaycana son səfəri zamanı nəqliyyat, enerji, ticarət, dəmir yolu, aerokosmik və rəqəmsal inkişaf sahələrində bir sıra sazişlər imzalayıb. Hər iki dövlət başçısı tərəfindən imzalanmış Azərbaycan və Qazaxıstan arasında 2022-2026-cı illər arasında əməkdaşlığın hərtərəfli inkişafı proqramı müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş ən mühüm saziş sayılır.
Tərəflər Cənub-Şərqi Asiya və Çindən başlayan və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və əksər Avropa ölkələrindən keçən Orta və ya Transxəzər dəhlizinin potensialının reallaşdırılmasına sərmayə yatırmaq barədə razılığa gəliblər.
Azərbaycan və Türkiyə iddia edir ki, Orta Dəhliz Avropa və Asiya arasında ticarət marşrutu kimi Şimal dəhlizindən iqtisadi cəhətdən daha sərfəli və genişdir və məsafəni 2 min kilometr qısaldır.
Azərbaycan son bir ildə Orta Dəhlizin, xüsusilə Zəngəzur marşrutunun işə salınması üçün böyük səylər göstərib və bu istiqamətdə həmin dəhlizi Avrasiyada yüklərin daşınması məqsədilə əsas marşruta çevirmək üçün Mərkəzi Asiya ölkələrinin əməkdaşlığını cəlb etməyə çalışıb.
Aydındır ki, Zəngəzur dəhlizinin inkişaf etdirilməsi və Avrasiya məkanında əsas yükdaşıma marşrutuna çevrilməsi “İranın geoiqtisadi maraqlarına ziddir”.