Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:50 | 12 oktyabr 2022 | Çərşənbə
Məqaləyə 1488 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
SOCAR, “TotalEnergies”, ADNOC və BOTAŞ Bakı Enerji Həftəsində birgə sənəd imzaladı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Rusiya mətbuatında son günlər bir neçə material dərc edilib və dərc edilməkdədir ki, bəs münaqişənin başlanması Ukraynanın günahı ucbatından baş verib. Əslində rəsmi Kiyevin Kreml tərəfindən “vurulması” əməliyyatı SSRİ dağılıb, MDB yaranan gündən başlayıb və bu mövzuda müstəqillik illərində Ukraynaya başçılıq etmiş Kravçuk və Kuçmanın memuarlarında və müsahibələrində xeyli məqamlar var.
Kreml Ukraynaya təzyiqi daim ENERJİ ilə hədəfləyib, daha dəqiq desək QAZ amiliylə. İlk güclü zərbələr 2006 və 2009-cu illərdə edilib (qışda qaz böhranları və Avropaya enerji böhranının nə olduğunu dadızdırmaq istəyi). Bu, o zamana təsadüf edirdi ki, rəsmi Kiyev Rusiyanın “cızığından çıxmaq” siyasətinə meyllənirdi.
Amma Rusiyanın qaz təzyiqini artırması Moskvanın adamı sayılan prezident Yanukoviçin hakimiyyətinin son ilində daha qabarıq hiss edilməyə başlayır. 2013-cü ildə Avropaya kubmetri 1000 dollara satılan mavi yanacaq, Ermənistana 189, Ukraynaya isə 485 dollara verilirdi. Rusiya Avropada satdığı qiymətlərdə də dövlətlərdən asılı olaraq qaz qiymətləri fərqini 2-3 dəfə dəyişmək siyasəti yürüdüb: yəni ucuz enerji almaq istəyirsənsə, onda biz dediyimizi etməlisən siyasəti. Təbii ki, bu cür siyasət müəyyən zamanda öz bəhrəsini vermək gücündəydi… Sonrasını isə Kreml strateqləri sadəcə düşünməmişdilər…