
Putinin sonuncu ili...
Rusiyada böyük türk hərəkatı ideyası
Rusiyada böyük türk hərəkatı ideyası
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Rusiya, Çin və İran isə...
Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlanılması gözlənilir. Prezident İlham Əliyev Bişkekdə qırğızıstanlı həmkarı Sadır Japarovla mətbuata birgə bəyanatla çıxış edərkən bu barədə danışıb.
İlham Əliyevin Qırğızıstana səfərini ikitərəfli və çoxtərəfli münasibətlərin dünyada cərəyan edən gərgin proseslərin bütün ssenarilər üzrə nəticələrinə hazırlıq kimi şərh etmək olar.
İkitərəfli münasibətlər: Azərbaycanla Qırğızıstan əlaqələrini dərinləşdirir, bunun rəmziləşdirən açılışlar edir.
Çoxtərəfli münasibətlər sahəsi: Türk Dövlətləri Təşkilatı (TDT) qismində əlaqələrin şaxələndirilməsi və perspektiv iqtisadi qazanclara çıxış üçün resursların toplanması qarışıq dünya nizamında xüsusi əhəmiyyət qazanır.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi yeni deyil, İlham Əliyevin Xəzər regionu ilə bağlı dediyi isə həmin marşrutun davamıdır. Ümumilikdə marşrut Çinin Mərkəzi Asiya vasitəsilə Avropa ilə artan əlaqələrini təmin etməsi üçün yeni mərhələ kimi qiymətləndirilə bilər.
Nəqliyyat dəhlizi üçün Azərbaycanın da pay sahibi ola biləcək iki istiqamət mövcuddur:
Birinci hissə Rusiya və Qazaxıstandan keçməklə Çindən Avropaya uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
İkinci hissə isə Türkmənistan və Xəzər dənizi vasitəsilə Türkiyəyə, oradan da Avropaya ticarət marşrutudur, lakin bu, həyata keçirilməmiş qalır.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu marşrutu (təxmini dəyəri 4.5 milyard dollar həcmində qiymətləndirilir) və onun uzadılması Rusiya-Ukrayna müharibəsi ilə tədarük zəncirlərinin dəyişməsi fonunda yenidən canlandırılır.
Qırğızıstanın razılaşdırılmış marşrut, maliyyələşdirmə problemləri maneələr olaraq qalır, lakin bu dəfə əlavə vəsaitlər cəlb etməklə layihəyə nöqtə qoyulması planlaşdırılır.
Azərbaycan iqtisadi şəbəkələrdən pay götürmək qabiliyyətlərini sürətlə inkişaf etdirməyi qarşıya hədəf qoyub ona görə də, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsini öz maraqlarının sərhədləri daxilinə gətirir.
TDT üçün yeni divident Zəngəzur dəhlizi olacaq, lakin vəziyyət ətalətdə qalmalı deyil və koridorun birbaşa və ya dolayı yollarla digər böyük marşrutlara inteqrasiyası labüddür.
Qırğızıstan maliyyə imkanları baxımından TDT ailəsində “zəif bənd”dir, indi isə Azərbaycanla Türkiyə zəncir həlqələrindən birini əsaslı şəkildə dirçəltmək istəyir.
Bunun üçün üz tutulacaq optimal mənbə Çindir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Qırğızıstana tranzitdən gəlir etmək imkanı qazandıracaq, onun ixrac imkanlarını genişləndirəcək və iqtisadiyyatı əsaslı şəkildə canlanacaq.
Digər TDT üzvü Özbəkistanın da əhəmiyyət şkalasında rəqəmləri müsbət mənada artırmasına töhfələr verəcək.
Yəni, TDT-nin iki üzvünün – Qırğızıstan və Özbəkistanın – proseslərdəki oyunçuluq qabiliyyətləri yeni düzənə uyğun şəkildə inkişaf etdiriləcək.
Hərçənd ki, ortada siyasi sabitlik məsələləri də var, ABŞ-Britaniya tandeminin və Rusiyanın proseslərə hansı səviyyədə reaksiyalar verəcəyi fikirləri risk faktorlarını da gündəmə gətirir.
Çünki Qırğızıstan siyasi cəhətdən qeyri-sabitdir, Özbəkistanda da xarici oyunçuların müdaxiləsi üçün əsaslar yarada bilən problemlər mövcuddur, məsələn, Qaraqalpaqıstan amili.
Çin isə Qırğızıstandan keçən dəmir yolu xətti vasitəsilə özünün qərb sərhədlərini möhkəmləndirir və Pekinin böyüyən iqtisadi çərçivələrində yer tutan Orta Dəhliz amilini gücləndirir.
PROQNOZLAR:
Nəzərə alaq ki, Özbəkistan da, Qırğızıstan da TDT-nin üzvüdür, o zaman düşünmək çətin deyil ki, Bakı ilə Ankara Mərkəzi Asiyadakı mümkün münaqişə risklərindən sığortalanmaq üçün iqtisadi meyarlar formalaşdırır.
Bu mənada yaxın gələcəkdə Azərbaycanla Türkiyənin Mərkəzi Asiya regionundakı maraqları Çinin iqtisadi idealları, Qərbin və Rusiyanın maraqları kontekstində yeni dəyərə yüksələcək.
İkinci: Rusiya-Ukrayna müharibəsinin davam etməsi digər regionlardakı, o cümlədən Mərkəzi Asiyadakı iqtisadi layihələrdə pay sahibliyini artırmaq uğrunda iqtisadi müharibələri gücləndirəcək və bunu siyasi sabitliyə qarşı risk faktorları müşayiət edəcək.