Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:44 | 12 oktyabr 2022 | Çərşənbə
Məqaləyə 1329 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
ABŞ-ın keçmiş dövlət katibi və tanınmış siyasi eksperti 99 yaşlı Henri Kissincer vaxtilə ABŞ-la Çin arasında əlaqələrin memarı olub. ABŞ İkinci Dünya müharibəsindən sonra Çində kommunist hakimiyyətini tanımamışdı. Vaşinqton bunun əvəzinə Tayvan adasında yerləşən Çin rejiminə müxalif qüvvələri tanımışdı. Ancaq kommunist Çin onilliklər ərzində gücləndi və Henri Kissincer ABŞ-ın o zamankı prezidentini anlatdı ki, Pekinlə əlaqə qurmaq lazımdır. İki ölkə arasında qarşılıqlı səfərlər reallaşdı və siyasi təmasların, o cümlədən iqtisadi əlaqələrin əsası qoyuldu.
Hazırda iki ölkə arasında münasibətlər gərgindir və Henri Kissincer narahatdır ki, ABŞ-la Çin Tayvan adasında görə müharibəyə başlaya bilərlər. ABŞ prezidenti Co Bayden noyabrda İndoneziyada “böyük iyirmilərin” toplantısı çərçivəsində Çin lideri Si Tsinpinlə görüşəcək. Kissincer ümid edir ki, bu görüş iki ölkə arasında gərginliyi nisbətən azalda bilər.
Henri Kissincer hesab edir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədən narahatdır və bu müharibəyə görə ABŞ-la münasibətləri daha da gərginləşdirmək istəmir. Vaşinqton isə istəyir ki, Pekin ümumiyyətlə Kremli dəstəkləməsin. Ancaq bunu reallaşdırmaq çətindir. Pekin Moskva ilə strateji tərəfdaşlıqdan imtina etməyəcək. Buna baxmayaraq, Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmasını arzulayır. Çünki Rusiya-Ukrayna müharibəsi yeni “soyuq müharibəyə” şərait yaradır. Pekin “soyuq müharibə” səbəbindən Qərblə iqtisadi əlaqələrinin zəifləməsini və regional layihələrinin təhlükə altına düşməsini istəmir.