Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:21 | 2 dekabr 2022 | Cümə
Məqaləyə 1293 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
ABŞ-ın aparıcı media orqanlarından biri olan CNN Çin polisinin etirazçıları aşkar etmək üçün mobil telefon siqnallarından istifadə etdiyini yazıb.
Paytaxt Pekində yüzlərlə fəal bazar günü “sıfır COVİD” tətbiqinə qarşı küçələrə çıxdı. Bildirilib ki, Lianqma çayı sahillərində keçirilən etiraz aksiyaları bazar ertəsi səhər saatlarında böyük toqquşmalarla başa çatıb, polis daha sonra nümayişçilərə telefonla zəng edib.
Pekindəki etirazlara qatılan və kimliyini açıqlamayan bir nümayişçi polisin ona zəng etdiyini və etiraz bölgəsində cib telefonu siqnalının aşkar edildiyini iddia etdi.
Etirazçı telefon danışığının səs yazısında CNN-in onun aksiya zonasında olmadığını dinlədiyini dedikdə, polis ondan “Bəs niyə mobil nömrəniz orada görünür?” deyə soruşdu. Bundan əlavə, fəaldan polis bölməsinə gedərək yazılı ifadə verməsi istənilib.
Polis də çıxışında əmrin Pekin Bələdiyyəsinin İctimai Təhlükəsizlik Bürosundan gəldiyini bildirib. Lakin büro CNN-in şərh sorğusuna cavab verməyib.
Kimliklərini açıqlamayan iki etirazçı həbsdə olarkən mobil telefonlarının müsadirə olunduğunu iddia edib. Fəallar bildiriblər ki, onlara bir həftə sonra gəlib telefonlarını ala biləcəklərini bildiriblər. Başqa bir nümayişçi, polis tərəfindən müsadirə edilən telefonundan fotoşəkillərin və “WeChat” mesajlaşma proqramının silindiyini iddia etdi.
BBC-yə danışan, adlarının açıqlanmasını istəməyən bəzi fəallar polisin etirazçılara telefonla zəng etdiyini, onlarla əlaqə saxlaya bilməyincə evlərinə getdiklərini iddia edib.
Çinin qanunlarına görə bütün mobil telefon istifadəçiləri öz həqiqi adlarını və identifikasiya nömrələrini telekommunikasiya şirkətləri ilə paylaşmağa məcburdur.