Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
11:28 | 10 aprel 2025 | Cümə axşamı
Məqaləyə 176 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neftin dünya bazarlarında qiyməti son 1 həftə ərzində təxminən 16 faiz enərək bir barel üçün 61 dollara düşmüşdü.
Beynəlxalq analitiklərin proqnozlarına görə, əgər Tramp tarifləri azaldarsa, dünya iqtisadiyyatı resessiyadan yan keçərsə, o zaman neftin qiyməti 2025-ci ildə 62 dollara bərabər ola bilər. Əks halda isə 2025-ci ilin sonuna kimi qiymət 50 dollara düşə bilər.
2025-ci il Azərbaycan Dövlət Büdcəsi qəbul edilərkən hesablamalar neftin qiymətinin baza ssenari üçün 70 dollar səviyyəsində aparılıb. Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən pessimist ssenari, yəni neftin qiymətinin 60 dollara düşəcəyi halda bunun dövlət büdcəsinə və Dövlət Neft Fondunun büdcəsinə təsiri də təqdim edilib. Belə ki, qiymətin 60 dollara düşməsi Dövlət Büdcəsi gəlirlərini 340 milyon manat, Dövlət Neft Fondu gəlirlərini isə 2.1 milyard manat azalda bilər. Göründüyü kimi, qiymətin 10 dollar düşməsinin dövlət büdcəsi gəlirlərinə azaldıcı təsiri cəmi 0.8 faiz, Dövlət Neft Fondu büdcəsinin gəlirlərinə isə azaldıcı təsiri daha çox, 14.5 faiz təsir edə bilər.
Bu ilin 1-ci rübünün dövlət büdcəsinin icra göstəriciləri göstərir ki, hazırda dövlət büdcəsində 1.6 milyard manatlıq profisit var. Verilən proqnozlar əsasında hazırda Dövlət büdcəsinin icrası ilə bağlı ciddi risklər görünmür. Azərbaycanın ciddi iqtisadi ehtiyatları var. Hadisələrin gedişatına uyğun olaraq tarazlayıcı və əlverişli iqtisadi siyasət icra ediləcək.