Neft bahalaşdı
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
15:48 | 8 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 322 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
ABŞ-da neft və benzin ehtiyatları azalması qiymətlərə təsir etdi
“Goldman Sachs” 2026-cı ildə 52 dollarlıq proqnoz verdi
ABŞ-la Çin arasındakı ticarət savaşında qara qızıl zərbə alır
Tramp–Putin görüşməsi bazarları sarsıtdı
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Hindistanın “ətəyindəki daşı tökməsi” qara qızıla nəfəs aldırtdı
ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır
Qara qızılın qiymətlərində iyul ayından bəri ən böyük həftəlik ucuzlaşma baş verib
OPEC+ artımı ilə bağlı narahatlıqlar fonunda qiymətlərdə kəskin ucuzlaşma gözlənilir
Birjalarda nəzərlər OPEC+ toplantısına çevrilib
OPEC+ istehsal artımı gözlənilir
Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq
İraqın qara qızıl ixracını bərpası bazarlara təsir etdi
Tramp neft ölkələri təşkilatına təzyiq edir
Neft Rusiyanın məhdudiyyətləri ilə bahalaşır
Neft qiymətləri ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalara hazır olduğunu açıqlamasından sonra bu gün təxminən 2% artdı. Trampın açıqlamaları, Rusiyanın Ukraynaya qarşı gecə saatlarında həyata keçirdiyi ən böyük hava hücumunun yaratdığı təklif narahatlıqları ilə birləşərək bazarda artım yönlü reaksiya doğurdu.
“West Texas Intermediate” (“WTI”) nefti günün ilk yarısında 1,95% artaraq barrel başına 62,70 dollara yüksəldi. “Brent” nefti isə 1,87% bahalaşaraq barrel başına 66,55 dollardan ticarət olundu. Hər iki fyuçers qiyməti sentyabrın 5-də 2%-dən çox dəyər itirmiş və keçən həftəni təxminən 3% itki ilə başa vurmuşdu.
Yeni sanksiya siqnalları və OPEC+ qərarı qiymətləri dəstəklədi
Neft bazarında artımda OPEC+ qrupunun oktyabr ayı üçün gündəlik istehsalı 137.000 barrel artırmaq qərarı da təsirli oldu. Bu artım iyul və avqust aylarındakı müvafiq olaraq 411.000 və 555.000 barrel artımlara nisbətən məhdud sayıldı və bazarda təklif artımı narahatlığının qarşısını almaqda rol oynadı.
OPEC+ apreldən bəri istehsalı mərhələli şəkildə artırır. Bazar günü keçirilən iclasda səkkiz üzv ölkə, oktyabr ayı üçün müəyyən ölçüdə istehsalı artırmaq qərarı aldı. Bu qərar bazar tərəfindən əvvəlcədən gözlənilsə də, gözləniləndən aşağı artım qiymətlərdə yuxarı yönlü reaksiyaya səbəb oldu. Mütəxəssislər məhdud istehsal artımının texniki yuxarı reaksiya ilə birləşərək qiymətləri dəstəklədiyini qeyd etdilər.
ABŞ-dan gələn geosiyasi gərginlik siqnalları təklifi təhdid edir
ABŞ Prezidenti Donald Tramp dünən açıqlamasında Rusiyaya qarşı yeni sanksiyaların ikinci mərhələsinə keçməyə hazır olduqlarını ifadə etdi. Bu açıqlama, rus nefti alıcılarına tətbiq oluna biləcək yeni sanksiyalar ehtimalını gündəmə gətirdi. Enerji ticarəti sahəsindən mütəxəssislər, bu cür bir addımın qlobal neft təklifində ciddi pozuntulara səbəb ola biləcəyini qeyd edir.
Rusiyanın Ukraynaya son hava hücumunda paytaxt Kiyevdəki hökumət binaları hədəf alınmış, ən azı dörd nəfərin öldüyü bildirildi. Bu hadisələr bazarlarda rus neftinə təklifin kəsilə biləcəyi narahatlığını artırdı. Bəzi analitiklərə görə, münaqişənin şiddətlənməsi və iqtisadi sanksiyaların genişlənməsi gözləntisi, investorların neftdə yenidən mövqe almağına səbəb oldu.
Analitiklərin fikrincə, təklif narahatlığı və geosiyasi gərginlik qısa müddətdə qiymətləri dəstəkləyir
Bazar analizlərinə görə, OPEC+un məhdud istehsal artımı qərarı və Rusiyaya qarşı əlavə sanksiya ehtimalları neft qiymətlərini dəstəkləməyə davam edə bilər. “Fujitomi Securities” analitiklərindən Toşitaka Tazava (Toshitaka Tazawa) artımın arxasındakı ən əsas səbəbin bazarlarda yaranan rahatlama və texniki bərpa olduğunu qeyd etdi.
“Rakuten Securities”dən Satoru Yoşida (Satoru Yoshida) isə, OPEC+un gözləniləndən aşağı istehsal artımı, sülh ehtimalının zəifləməsi və Rus neftinin bazara təzyiq etməyəcəyi gözləntilərinin ümumi artımı dəstəklədiyini ifadə etdi.
“Goldman Sachs”: “2026’da məhdud artıq gözlənilir, proqnozlar qorunur”
“Goldman Sachs” həftə sonu yayımladığı qeyddə 2026-ci il üçün qlobal neft bazarında yüngül bir təklif artığı yarana biləcəyini bildirdi. Bu fikir Amerika qitəsindəki istehsal artımlarının Rusiya neftinə təklifdəki azalmanı və daha güclü qlobal tələbi üstələyəcəyi ehtimalına əsaslanır. Bank 2025-ci il üçün “Brent” və “WTI” qiymət proqnozlarını dəyişdirməyərək, 2026 orta qiymətini müvafiq olaraq 56 dollar (“Brent”) və 52 dollar (“WTI”) olaraq proqnozlaşdırdı.
Neft bazarında yönün qısa müddətdə geosiyasi inkişaflar və istehsal siyasətləri ilə formalaşması gözlənilir. ABŞ tərəfdə siyasi addımların aydınlaşması, təklif və tələb balansına təsir potensialına görə bazarlar tərəfindən yaxından izlənilir.