Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
08:44 | 4 sentyabr 2025 | Cümə axşamı
Məqaləyə 1576 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft qiymətləri bu gün də enişini davam etdirib. Bir əvvəlki ticarət sessiyasında 2%-dən çox dəyər itirən qiymətlər, bazar iştirakçılarının həftəsonu keçiriləcək OPEC+ toplantısına diqqətini yönəltməsi fonunda aşağı istiqamətdə hərəkətini davam etdirib.
Gözləntilərə görə, hasilatçılar iclasda hasilat hədəflərində yeni artımı müzakirə edəcəklər.
“Brent” markalı xam neft 0,43% ucuzlaşaraq bir barel üçün 67,17 dollara, ABŞ xam nefti (WTI) isə 0,44% geriləyərək 63,53 dollara düşüb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqlərindən ibarət OPEC+ qrupunun səkkiz üzvü bazar günü keçiriləcək görüşdə oktyabr ayından etibarən əlavə hasilat artımını dəyərləndirəcək.
“Price Futures Group” şirkətinin baş analitiki Fil Flinn (Phil Flynn) bildirib ki, iclas ərəfəsində OPEC+ tərəfindən hasilat artımı ehtimalı güclənib. Onun sözlərinə görə, bazarlar isə hələlik hər hansı dəyişiklik gözləmir.
Xatırladaq ki, OPEC+ bundan öncə Birləşmiş Ərəb Əmirlikləri üçün əlavə 300 min barellik kvota artımına paralel olaraq, apreldən sentyabra qədər gündəlik təqribən 2,2 milyon barel hasilat artımı barədə razılığa gəlmişdi.
Azərbaycan brendi “Azeri Light” nefti sutkalıq göstəricilərə görə 0,56 dollar və ya 0.07 % bahalaşaraq, 75,97 dollara ticarət olunur.