Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
08:44 | 8 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 341 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft bu gün 1%-dən çox qalxaraq keçən həftəki itkilərinin bir qismini kompensasiya etdi. Ukraynaya gecə təşkil edilmiş hücumdan sonra Rusiya neftinə qarşı mümkün yeni sanksiyalar, OPEC+ın planlaşdırılan istehsal artımı ilə tarazlandı. “Brent” xam nefti 1,2% artaraq 66,30 dollara, ABŞ xam nefti (“WTI”) isə 1,2% yüksələrək 62,62 dollara çatdı.
Hər iki göstərici həftə sonu ABŞ-da açıqlanan zəif məşğulluq hesabatının enerji tələbinə təsir perspektivini kölgələməsi ilə 2%-dən çox düşmüşdü. Keçən həftə isə neft qiymətləri 3%-dən çox dəyər itirmişdi.
OPEC+ dünən oktyabr ayından etibarən neft istehsalını daha da artırmaq barədə razılığa gəldi. Səudiyyə Ərəbistanı bazar payını geri qazanmaq üçün təzyiq göstərərkən, artım əvvəlki aylara nisbətən daha yavaş baş tutacaq.
OPEC+ neft bazarını dəstəkləmək məqsədilə illərlə davam edən istehsal kəsintilərindən sonra aprel ayından bəri istehsalı artırırdı. Lakin son qərar, şimal yarımkürəsində qış aylarında mümkün neft təklifi artımı gözləntiləri fonunda sürpriz hesab edilir.
OPEC+ın səkkiz üzvü oktyabrdan etibarən gündəlik istehsalı 137 min barrel artıracaq. Bu rəqəm sentyabr və avqust aylarındakı gündəlik təxminən 555 min barel və iyul ilə iyun aylarındakı gündəlik 411 min artımlardan xeyli aşağıdır.