vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 6 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
“TRAKTOR” ÇEMPİON! 21:54 | 2 may 2025 | Cümə Məqaləyə 36 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“TRAKTOR” ÇEMPİON!

Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə İran çempionatında çempionun adına aydınlıq gəlib. Təbriz təmsilçisi “Traktor” tarixində ilk dəfə İran çempionatının qalibi olub.

28-ci tur çərçivəsində “Şəms Azər”lə qarşılaşan komanda rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb.

Bu oyundan əvvəl ən yaxın rəqibi “Sepahan”la 4 xal fərqi olan Təbrizlilərə çempion olmaq üçün 3 oyundan 7 xal lazım idi. Bugünkü qarşılaşmada “Traktor” qələbə çalıb, “Sepahan” öz meydanında “Gol Gohar” 1-2 hesabıyla məğlub olandan sonra aradakı fərq 8 xal oldu və Təbriz klubu çempionatın bitməsinə 2 tur qalmış çempionluğunu elan etdi.