
“Xəbərlər” saxtadır
Medianın İnkişafı Agentliyinin açıqlaması
Medianın İnkişafı Agentliyinin açıqlaması
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Bakıda ikinci forumun açılış mərasimi keçirilir
Bəs həmin qəzetləri kim alacaq?
Jurnalistlər üçün təlimlər başlayıb
40 media resursu cavab gözləyir
3 üsulla idarə olunan sistem 15 ildir peşəkar formaya salınıb
Sənədlər elektron formada qəbul olunur
Çap mediasına dəstək müsabiqəsi
Media mənsubları ipoteka krediti ala biləcək
Əhməd İsmayılov: “Bəzi ekspertlər “Media haqqında” qanunla bağlı yanlış müzakirələrə yol açır”
Baş nazir jurnalist vəsiqələri ilə bağlı qərar imzaladı
“Əl-Cəzirə”nin əməkdaşı nələrdən danışacaq?
Media Reyestrinin aparılması qaydaları təsdiq olundu
Prezident İlham Əliyev fərman imzaladı
...Barmaq sayı qədər olan vicdanlıların fərqi
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bu günlərdə “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla bir axşam” verilişində müəllifin işlətdiyi sərsəm ifadə və fikirlərlə bağlı açıqlama yayıb. Açıqlamada deyilir.
Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib.
Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə “Artsax” ifadəsini işlətmiş, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyə etməkdə” günahlandırıb, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlədiyini” deyib.
Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş verən proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləyib, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə verib. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olub, ziddiyyətli mahiyyət daşımış və Azərbaycanda adekvat reaksiyalara səbəb olub.
Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir.
Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik.