İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
15:40 | 18 iyun 2025 | Çərşənbə
Məqaləyə 152 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
İsraillə İran arasında qarşıdurma 6-cı gündür davam edərkən ABŞ-ın müharibəyə qarışması ehtimalı da gündəmdədir.
ABŞ prezidenti Donald Tramp “Truth Social”dakı son paylaşımlarında İranın dini lideri Əli Xamneyinin dəqiq yerini bildiklərini, lakin hələlik onu hədəf almadıqlarını bildirərək Tehranı açıq şəkildə hədələyib.
Dünya mətbuatında gedən təhlillər ABŞ ordusunun İsrailə dəstək məqsədilə müharibəyə girəcəyi təqdirdə İrandakı Fordo nüvə obyektini hədəfə ala biləcəyinə diqqət çəkir.
Şəhid Əli Məhəmməd Nüvə Qurumu kimi də tanınan obyekt İranda uranın zənginləşdirilməsi üzrə fəaliyyətlərin həyata keçirildiyi iki yerdən biridir. Digər obyekt isə İsrail ordusunun vurduğu Natanzdır.
Fordo 1979-cu il İslam İnqilabının əsaslarının qoyulduğu Qum şəhəri yaxınlığındakı dağın təxminən 80-90 metr altında yerləşir.
Dünya mətbuatında aparılan təhlillərə görə, Amerika ordusu bölgəni vurmaq üçün 13,6 tonluq GBU-57 bombalarından istifadə etməli olacaq.
Bu nəhəng bomba yerin 60 metr dərinliyinə gedə bilər. ABŞ-da bu bombalardan ən azı 20-nin olduğu təxmin edilir.
ABŞ Hərbi Hava Qüvvələri Fordonu vurmaq üçün B-2 təyyarələri ilə bu bombaları daşımalı olacaq. Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən aşkar edilmədən hərəkət etməyə imkan verən gizli texnologiya ilə təchiz edilmiş “Ruh” adlı “B-2” bombardmançı təyyarələri təxminən 10.000 kilometr uçuş məsafəsinə malikdir.
“The Guardian”ın təhlili göstərir ki, “B-2”lər Hind okeanındakı Dieqo Qarsiya adasından Fordoya ən asanlıqla uça bilər. Britaniya Hind okeanı ərazisinə daxil olan ada London administrasiyası tərəfindən ABŞ-a icarəyə verilib.
Baza İraqın 1991-ci ildə Küveyti işğal etməsi ilə başlayan “Səhra Fırtınası” və 2001-ci ildə Əfqanıstanı hücum əməliyyatlarında hava hücumları baxımından əhəmiyyətli rol oynayıb.
Təhlil onu da göstərir ki, “B-2”lər bu bazadan qalxıb Fordonu bombalayıb, geri dönərkən yanacaq doldurmalı olacaqlar. Orada həmçinin bildirilir ki, İranın nüvə obyektinə ciddi ziyan vurmaq üçün birdən çox “B-2”dən istifadə edilməlidir. May ayında əldə edilən peyk görüntüləri Dieqo Qarsiya bazasında 6 ədəd “B-2” olduğunu qeyd edilib.
ABŞ-da yerləşən siyasi strategiya və araşdırma mərkəzi olan “Rand Corporation”dan Mark Şvartz da AFP-yə bildirib ki, İsrailin həyata keçirdiyi hücumlar “B-2”lərin İran səmasında qarşılaşacağı təhlükələri azaldıb. Analitik deyir ki, “B-2”lər Fordoya zərər vurmaq üçün birdən çox uçuş etməli olacaqlar.
Digər tərəfdən, adının çəkilməməsi şərti ilə “The Wall Street Journal”a (WSJ) danışan bir İsrail rəsmisi Fordonu vurmaq üçün öz planlarını qurduqlarını və bunu ABŞ-ın köməyi olmadan edə biləcəklərini iddia edir.
Əvvəllər İsrail Müdafiə Nazirliyində işləyən tədqiqatçı Ehud Eilam da deyir ki, onlar Fordoya GBU-57-lərdən çox kiçik, lakin bunkerləri məhv edən xüsusiyyətlərə malik bombalar göndərə bilərlər. Eilam bildirir ki, bu üsul “Hizbullah” lideri Həsən Nəsrullahı Beyrutdakı bunkerdə öldürmək üçün də istifadə olunub.
Tədqiqatçı həmçinin deyir ki, İsrail ordusu daha riskli variant seçərək Fordoya komandolarla basqın edə, sui-qəsd əməliyyatları keçirə və ya kiberhücumlar həyata keçirə bilər.
Digər tərəfdən, keçmiş ABŞ prezidenti Barak Obamanın dövründə müdafiə nazirinin xüsusi əməliyyatlar üzrə müavini olmuş Uilyam Veçsler deyir ki, “Uğur şansı ən yüksək olan variant ABŞ-ın hücuma keçməsi olardı”.