İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:40 | 18 iyun 2025 | Çərşənbə
Məqaləyə 278 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İyunun 13-də İsrailin başlatdığı “Yüksələn Aslan” hücumlarına İranın cavab verməsi ilə başlayan müharibə 6-cı gününə qədəm qoyub.
Sərt qarşılıqlı hücumlar davam edərkən, İranın bir gecədə ballistik raketlərlə cavab verməsinin İsrail üçün təxminən 287 milyon dollara başa gəldiyi bildirilib.
“Haaretz” qəzeti Qəzza zolağına hücumlar başlayandan sonra İsrailin hava hücumundan müdafiə sistemlərinin ciddi çətinliklərlə üzləşməyə başladığını və İrandan atılan ballistik raketlərlə bu çətinliklərin daha yüksək səviyyəyə çatdığını yazıb.
Xəbərdə İrandan atılan raketlərin əksəriyyətinin vurulduğu vurğulanırkən, bəzilərinin hava hücumundan müdafiə sistemindən yan keçərək can itkisi və külli miqdarda maddi ziyana səbəb olduğu bildirilib.
Hesabatda ötən gecə İrandan atılan 10-12 ballistik raketin hava hücumundan müdafiə sistemi ilə vurulmasının dəyərinin 287 milyon dollar olduğu da vurğulanıb.
“Haaretz”ə danışan “Israel Aerospace Industries” (IAI) baş direktoru Boaz Levi, İsrailin hava hücumundan müdafiə sistemləri ilə bağlı “Aprel ayında bizə 100 raket atdılar”, – deyib.
Oktyabrda bu rəqəm 200-ə çatıb. İndi onlarla raket dalğaları sürətlə gəlir”.
***
İsraildə nəşr olunan iqtisadi qəzet “Globes” İsrailin hava hücumundan müdafiə sistemlərinin dəyərinin Tel-Əviv administrasiyası üçün ağır yük təşkil etdiyini yazıb.
Bildirilib ki, “Dəmir günbəz”in raket zərərsizləşdirməsinin təxminən 30 min dollar, “David's Sling”in təqribən 700 min dollar, “Arrow 2” və “Arrow 3” hava hücumundan müdafiə sistemlərinin isə müvafiq olaraq təxminən 1,5 milyon və 2 milyon dollar təşkil edir.
İsrail hökumətinin mətbuat xidməti bu gün İranın iyunun 13-dən bu yana 400-dən çox ballistik raket və yüzlərlə pilotsuz uçan aparat atdığını və bunlardan təxminən 35-inin İsrailin müxtəlif bölgələrini vurduğunu açıqlayıb.
***
İsrailin 13 iyunda başlatdığı hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı, bəzi yüksək rütbəli komandirlər və 9 nüvə alimi həyatını itirərkən, həlak olmuş mülki vətəndaşların ümumi sayının 224 olduğu açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin həlak olduğu bildirilib.