Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
12:57 | 18 iyun 2025 | Çərşənbə
Məqaləyə 389 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
İsrail-İran müharibəsi qarşılıqlı hücumların altıncı günündə davam edərkən, ABŞ mətbuatında əks olunan qiymətləndirməyə görə, “münaqişənin nəticəsində bir rəqəm həlledici ola bilər”.
“CNN İnternational” yazıb ki, “İran və İsrail arasında həlledici münaqişənin nəticəsi ən yaxşı halda təxmini hesablama olan sadə rəqəmdən asılı ola bilər”. Bu rəqəmin İranın sursatları ilə bağlı olduğu vurğulanıb.
Buna görə də İsrailin hərbi məlumatları və ekspert təhlili göstərir ki, İran son 14 ayda İsrailə 700-ə yaxın orta mənzilli ballistik raket atıb. Bu, İranın ehtiyatında 300-dən 1300-ə qədər orta mənzilli ballistik raketin qalması anlamına gələ bilər.
İranın qalan sursatlarının son beş gündə İsrailin hücumu altında olduğuna diqqət çəkən CNN-ə danışan analitiklər iddia ediblər ki, İranın sursatlarının tükənməsi İranın münaqişədən çıxmaq üçün danışıqlara hazırlığını artıra bilər və eyni zamanda İsrailin hücumlarını gücləndirə bilər.
***
CNN-in məlumatına görə, İranın ehtiyatları ilə bağlı etibarlı təxminlər azdır. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri Kennet Makkenzi 2023-cü ildə verdiyi açıqlamada İranın müxtəlif mənzilli 3000-dən çox raketə malik olduğunu bildirib.
Demokratiyanı Müdafiə Fondunun baş elmi işçisi Behnam Ben Taleblunun sözlərinə görə, İranın 1000-2000 orta mənzilli raketləri var. Bu raketlər İsraillə İran arasındakı 1400 kilometrlik məsafəni qət edə bilir.
İsrail ordusunun məlumatına görə, İran 2024-cü il aprelin 13-də İsrailə hücumunda 120, oktyabrın 1-də isə 200 orta mənzilli raketdən istifadə edib. Son 5 gündə cəmi 380 orta mənzilli raketdən istifadə etdiyi düşünülür. Bu o deməkdir ki, İranın əlində olan orta mənzilli raketlərin sayı 700 ədəd azalıb.
Digər tərəfdən, bu vəziyyətin Tehran üçün nə qədər böyük problem yaradacağı həm onun silah-sursatının həcmindən, həm də İsrailin hücumlarının İranın hərbi infrastrukturuna vurduğu zərərin həcmindən asılı görünür.
***
Ben Taleblunun sözlərinə görə, İranda 1300 orta mənzilli ballistik raket qala bilər. İsrail dəniz kəşfiyyatının keçmiş rəsmisi doktor Eyal Pinkonun sözlərinə görə, bu rəqəm 800-dən 700-ə düşmüş ola bilər.
İranın orta mənzilli ballistik raketlərin sayının 4 rəqəmin altına düşməsini istəməyəcəyini deyən Ben Taleblu, “İslam Respublikası üçün kəmiyyətin öz keyfiyyəti var”, – deyib.