İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
17:11 | 18 iyun 2025 | Çərşənbə
Məqaləyə 151 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
İsrailin İrana hücumu ilə başlayan müharibə altıncı günündə davam edərkən, tez-tez İsrailin hücumlarına məruz qalan paytaxt Tehranda yaşayan iranlılar şəhəri tərk etmək üçün yola düşüblər.
İsrailin hücumuna məruz qalan Tehranda qalmağa davam edən paytaxt sakini şəhər əhalisinin yarıdan çoxunun getdiyini bildirib.
“Bloomberg” xəbər saytına danışan 35 yaşlı Neda adlı iranlı da dünən Tehranın mərkəzindən uzaqlaşmaq üçün yola düşüb. Paytaxtın şimalındakı bir məhəllədən onlayn sosial media mesajlaşma tətbiqi vasitəsilə yaşadıqlarını izah edən Neda, “Mənim ən böyük qorxum bütün bunların qeyri-müəyyənliyidir. Bu bir həftə, yoxsa səkkiz il davam edəcək? Gündə bir dəfə improvizasiya etməli olacağıqmı?”
İran hökumətinin tərəfdarı olmadığını deyən Neda, bir çox iranlının İsrailin baş naziri Benyamin Netanyahuya qarşı böyük qəzəb hiss etdiyini açıqlayıb. Neda Netanyahuya işarə edərək, “Mən bir çox insanın adından danışa bilmərəm, amma deyə bilərəm ki, təmasda olduğum insanların çoxu mənim hisslərimi bölüşür: Onun hər dediyi sözdə içimdə artan qəzəb hiss edirəm. Ona qarşı dərin nifrətim artır”, – deyib.
***
İsrailin hücumları başladıqdan sonra Tehranı tərk edənlər arasında Fərhad və dostları da var. Təcrübələri barədə “The Guardian”a danışan Fərhad deyib ki, adətən məmləkətinə çatmaq iki saat yarım çəkir, lakin dünən bu müddət altı saatı gördü.
“Uşaqlar, qoca nənə və babalar... Hamı yolda qaldı”, – 22 yaşlı Fərhad SMS vasitəsilə müsahibəsində bildirib.
24 yaşlı Mina adlı başqa bir Tehranlı şəhəri tərk etmək üçün 10 saat yolda qaldığını bildirdi: “Biz sıx tıxacda gözləyərkən şossedə hücumların bizi vuracağından qorxduq. Bəs ətrafımızda gizli anbarlar olsaydı? Bilməmək qorxusu narahatçılıq yaratdı”.
***
Hələ də Tehranı tərk etməyən iranlı jurnalist paytaxtdakı son vəziyyətlə bağlı danışıb. Tehran əhalisinin “yarıdan çoxunun” şəhəri tərk etdiyini deyən Əkrəm adlı iranlı, “Tehran yarı bağlı vəziyyətdədir. Deyə bilərik ki, yalnız banklar və bələdiyyələr açıqdır. Ərzaq məhsulları azalır, bazar demək olar ki, bağlanıb və Tehran demək olar ki, boşaldılıb”.
Əkrəm izah etdi ki, yanacaqdoldurma məntəqələri də müştərilərə gündə maksimum 10 litr yanacaq almağa imkan verir və bu səbəbdən uzun növbələr yaranır.
***
İsrail ordusu iki gün əvvəl İranın paytaxtı Tehranın böyük bir hissəsi üçün təxliyə əmri verərək, “hərbi infrastrukturun” bombalanacağını elan edib. Sosial şəbəkələrdə yayılan bu mesajlar 20 aydır İsrailin hücumu, işğalı və blokadası altında olan Qəzza, Livan və Yəmən üçün verilən evakuasiya əmrlərini xatırladırdı.
ABŞ prezidenti Donald Tramp da dünən sosial şəbəkədəki paylaşımında Tehranı “evakuasiya etməyə” çağırıb.
İnsan haqları müdafiəçiləri evakuasiya əmrlərini tənqid ediblər. Hazırda Tehranda olan 40 yaşlı qadın Sədia “The Guardian”a, “Tehranda hələ də üç növ insan var: getməyə yeri olmayanlar, getməyə pulu olmayanlar və icazələri hökumət tərəfindən rədd edilən orta səviyyəli dövlət işçiləri”, – deyib.
Tehranın Evin həbsxanasında olanlar da vəziyyətə reaksiya veriblər. Rza Xəndan həbsdə olan atası hüquq müdafiəçisi Mehraveh Xandan nəzərdə tutaraq, “İnstagram” hesabındakı paylaşımında “Atam həbsdədir! Mənə deyə bilərsinizmi ki, Tehran necə boşaldılacaq? Tehranın boşaldılması dedikdə nəyi nəzərdə tutursunuz?”
“Gözəl məmləkətimin şəkillərinin buradan dağıdıldığını görürəm. Özümlə çox şey gətirmədim, sağ qalmaq üçün qaça bildim... Bütün qəlbim və ruhum Tehrandadır. Yalnız ümidimi özümlə apardım”, – Mina adlı paytaxt sakini deyib.